Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz
şəkildə lazımi ünvana çatdırır;
Xidməti nəqliyyat vasitəsini idarə
edərkən yol hərəkəti qaydalarına riayət edir;
Yola düşməzdən qabaq
nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir;
Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış
texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır;
Xidməti
nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir;
Sürücülük
vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə
saxlayır;
Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə
cavabdehlik daşıyır;
Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından
mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.
Tələblər:
B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
Yaş həddi 25-45 aralığı;
Müvafiq sahə üzrə 5 ildən
az olmayaraq iş təcrübəsi;
Azərbaycan dilini səlis, İngilis və ya rus
dili biliyi arzuolunandır;
Yol hərəkəti haqqında Azərbaycan
Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır;
Rayonlar
üzrə ezamiyyətə uyğun olmalıdır.
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketləriniMüraciət etdüyməsində qeyd
olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat
şöbəsi – sürücü) qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
