Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasının hazırlanması və icrasına
nəzarət edilməsi;
Brendin tanınmasının artırılması və bazar mövqeyinin
gücləndirilməsi üçün kampaniyaların təşkili;
Rəqiblərin, bazar
trendlərinin və müştəri davranışlarının mütəmadi təhlili;
SMM, Google Ads
və digər rəqəmsal kanalların effektiv idarə olunması, performansın ölçülməsi (KPI);
Marketinq büdcəsinin səmərəli bölüşdürülməsi və xərclərə nəzarət
edilməsi;
Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok)
idarəsi;
Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq
ilə reklamların yerləşdirilməsi;
Dizayn, kopiraytinq və SMM komandasının
işinin koordinasiya edilməsi;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının
və korporativ tədbirlərin təşkili;
Görülən işlərin effektivliyi barədə
həftəlik və aylıq analitik hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək
bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində
dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə
biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və problemləri operativ və
nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Stratejik düşünmə və analitika
bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq
bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (rus və
türk dilini bilməsi üstünlükdür).
İş şəraiti:
İş qrafiki: 5 günlük, tam ştat
Əmək
haqqı: 1500 Azn
Ünvan: Babək Plaza
Maraqlanan namizlədlər CV nümunələriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu
hissəsinə "Marketinq üzrə menecer" yazaraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
