Vakansiya haqqında
TAİS İKF MMC komandamıza məsuliyyətli və
təcrübəli“Şirniyyatçı”axtarırıq.
Vəzifə
öhdəlikləri:
Müxtəlif növ şirniyyatların, kekslərin, peçenyelərin, desertlərin və un
məmulatlarının hazırlanması
Kruasan xəmiri ilə işləmək, xəmirin
qatlanması, formalaşdırılması və düzgün mayalanma prosesini təmin etmək
Mayalı xəmirin hazırlanması və texnoloji qaydalara uyğun emal edilməsi
Müxtəlif növ kruasanların, bulkaların və digər un məmulatlarının reseptlərə uyğun
hazırlanması
Məhsulların keyfiyyətinə, dadına, teksturasına, görünüşünə
və bişmə dərəcəsinə nəzarət edilməsi
İstehsal prosesində reseptura və
texnoloji normalara riayət edilməsi
Xammalın düzgün istifadəsini və
məhsul itkilərinin minimuma endirilməsini təmin edilməsi
İstehsal
avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi
İş yerinin,
avadanlıqların və alətlərin təmizliyini, sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin
edilməsi
İstehsal planına və müəyyən edilmiş iş qrafikinə uyğun
işləmək
Namizədə
tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Kruasan və mayalı xəmir məmulatlarının hazırlanması üzrə praktiki bacarıq
Xəmirin mayalanması, formalaşdırılması və bişirilməsi proseslərini bilmək
Reseptlərlə işləmək və məhsul keyfiyyətini qorumaq bacarığı
Təmizliyə, məsuliyyətə və komanda işinə önəm vermək
Operativ və keyfiyyətli işləmək bacarığı
İş
şəraiti
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Ünvan:
Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu
hissəsində“Şirniyyatçı”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
