Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların
şəbəkəsi
Namizədə aid tələblər:
Ali təhsilli olması;
Müvafiq vəzifədə 2
ildən az olmayaraq iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi,ingili
dili-arzuolunandır;
Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək
bacarığı;
İşgüzar nitq və yazışma qabiliyyəti;
Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara
diqqətlilik;
Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə
yüksək səviyyədə bilik;
1 C 8.3 proqramında işləmə
bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında
qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil
edilməsi;
Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID
sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin
qorunması;
İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə
bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi;
Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil
edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll
edilməsi;
Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı
cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların
düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan
qaldırılması;
Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq
hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan
qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin
aparılması;
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər
həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin
daxili prosedurlara uyğun idarə edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Müasir idarəetmə sistemi və
mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları
üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)” qeyd edərəkMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
