Vakansiya haqqında
Rol haqqında:
Problemli Kreditlər üzrə İşçi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə
kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli
ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.
Vəzifə öhdəlikləri
Təyin olunmuş problemli (Hard) kredit portfelinin effektiv şəkildə idarə
olunması
Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun
qaytarılması üzrə danışıqların aparılması
Məhkəmə qərarı olan kredit
hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
İcra tədbirlərinin gecikdirildiyi hallar aşkarlandıqda dərhal hüquqşünaslara məlumat verilməsi
və proseslərin koordinasiyası
Problemli kreditlərin təhlili, risklərin
müəyyən edilməsi və
müvafiq hesabatların
hazırlanması
Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması və bərpa
göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə üstünlük
verilir)
Bank və ya kredit təşkilatında problemli kreditlər,
(məhkəmə qərarı olan hesablar üzrə təcrübə üstünlükdür) minimum 6 ay iş
təcrübəsi
Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və
konfliktləri idarə etmək bacarığı
Analitik düşüncə tərzi, yüksək
məsuliyyətlilik və operativlik
Azərbaycan dilində sərbəst, səlis və aydın
ünsiyyət bacarığı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Push30
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
