Vakansiya haqqında
İş qrafiki: Tam iş günü 5 günlük
İş yeri: Şirkətin və Müştərilərin istehsalat sahələri və restoranları
(zərurət yarandıqda digər obyektlərə ezamiyyətlər)
Əsas funksional öhdəliklər və gündəlik tapşırıqlar:
Sistem və Standartların Qurulması:
Beynəlxalq qida təhlükəsizliyi standartlarına (HACCP, ISO 22000 və s.) uyğun olaraq
istehsal proseslərinin qurulmasını, tətbiqini və optimizasiyasını təmin etmək;
İstehsalat sahələrində vahid standartların, prosedurların (SOP) və HACCP üzrə kritik nəzarət
nöqtələrinin monitorinq planlarının hazırlanmasını təşkil etmək;
Xammalın
qəbulundan son məhsulun təqdimatına qədər bütün mərhələlər üzrə keyfiyyət nəzarət sistemini
qurmaq;
İstehsal sahələrinin daha səmərəli istifadəsi, məhsuldarlığın
artırılması və itkilərin azaldılması üzrə təkliflər hazırlamaq.
Gündəlik Nəzarət və Monitorinq:
İstehsalat sahələrində iş günü başlanğıcında sanitariya vəziyyətini, işçilərin şəxsi
gigiyenasını, xüsusi geyim tələblərini və davamiyyəti yoxlamaq;
Soyuducu,
dondurucu və digər sahələrdə temperatur rejimlərini, nəzarət qeydlərini və qida təhlükəsizliyi göstəricilərini daimi
izləmək;
Xammal və yarımfabrikatların anbardan istehsalata FIFO/FEFO
prinsiplərinə uyğun buraxılmasına, etiketlənməyə və partiya izləniləbilənliyinə nəzarət etmək;
Məhsulların reseptura, texnoloji xəritə, çıxış norması, dad, görünüş, tekstura və təqdimat
standartlarına uyğun hazırlanmasını izləmək;
Çarpaz çirklənmə risklərini,
allergen idarəetməsini və təmiz/çirkli axın ayrımını gündəlik yoxlamaq.
Audit, Təlim və Dövlət Qurumları ilə İş:
Mövcud proseslərin kompleks auditini (planlı və plansız yoxlamalar) təşkil etmək,
riskləri müəyyən edərək inkişaf planları hazırlamaq;
Xammal,
yarımfabrikat və hazır məhsul üzrə keyfiyyət uyğunsuzluqları aşkar etdikdə dərhal müdaxilə etmək, məhsulu ayırmaq və
düzəldici/qabaqlayıcı tədbirlər görmək;
Restoran və istehsalat heyəti
üçün qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə təlim proqramları hazırlamaq və keçirilməsini təmin
etmək;
Dövlət qurumları ilə qarşılıqlı əlaqəni təşkil etmək, yoxlamalar
zamanı şirkəti və Müştəriləri təmsil edərək yoxlamaların uğurla keçməsini təmin etmək;
Qida təhlükəsizliyi və keyfiyyət üzrə sənədləşmənin aparılmasını və normativ tələblərə
uyğunluğunu təmin etmək.
Namizədə dair tələblər:
Təhsil: Qida mühəndisliyi, Kimya, Biologiya və ya aidiyyəti sahə
üzrə ali təhsil;
İş təcrübəsi: Qida sənayesi, istehsalat
və ya iaşə (restoran) sektorunda Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sahəsində menecer olaraq ən azı 3-5 il iş
təcrübəsi;
Sertifikatlar: ISO 22000 və HACCP
standartları üzrə sertifikatların olması mütləqdir;
Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının qida təhlükəsizliyi
sahəsindəki qanunvericilik aktlarını, AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tələblərini və normativ-hüquqi
sənədlərini mükəmməl bilmək;
Şəxsi keyfiyyətlər: Yüksək
liderlik, komanda idarəetməsi, operativ qərarvermə və funksional koordinasiya bacarıqları; risklərin analizi və
problem həlletmə qabiliyyəti;
Dil bilikləri: Azərbaycan
dili (mükəmməl), İngilsi və Rus dili biliyi arzuolunandır
Şirkət təklif edir:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq
rəsmiləşdirilmə;
Peşəkar komandada işləmək və karyera baxımından inkişaf
imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında namizədin
bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək).
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV)
“Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer” mövzusu altındaMüraciət etdüyməsində qeyd
olunan elekton ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
