Vakansiya haqqında
İş haqqında:
Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi, müqavilə və korporativ sənədlərin
hazırlanması və hüquqi ekspertizasının aparılması, hüquqi məsləhətlərin verilməsi, qanunvericiliyə uyğunluğun təmin
edilməsi, hüquqi risklərin idarə olunması və mübahisələrin həllində iştirak edəcək, korporativ hüquq sahəsində
fəaliyyət göstərəcək hüquqşünas axtarılır.
Əsas vəzifələr:
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və
razılaşdırılması;
Şirkətin fəaliyyətindən irəli gələn hüquqi məsələlər
üzrə rəy və məsləhətlərin verilməsi;
Korporativ sənədlərin (qərarlar,
protokollar, etibarnamələr, nizamnamələr və s.) hazırlanması;
Dövlət
orqanları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması;
Şirkətin
fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsində iştirak;
Hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması üzrə təkliflərin
hazırlanması;
Mübahisələrin məhkəməyədək həlli prosesində
iştirak.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Korporativ hüquq,
müqavilə hüququ və ya kommersiya hüququ sahəsində minimum 1-2 il iş təcrübəsi;
Azərbaycan və İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
(zəruridir);
Analitik düşünmə, məsuliyyətlilik və detallara
diqqət.
Korporativ idarəetmə sahəsində təcrübəsi
olan;
Müqavilələrin hazırlanması və danışıqların aparılması üzrə praktiki
bacarıqlara malik;
MS Office proqramlarında sərbəst
işləmək.
Müraciət etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməli və mövzu sətrində “Hüquqşünas” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
