Vakansiya haqqında
Struktur: Mərkəz
İş yeri: Alov Qüllələri - Flame Towers
Vəzifə haqqında:
Daax Construction-a tikinti sektorunda təcrübəyə malik İnsan Resursları üzrə Menecer
axtarılır.
Əsas vəzifələr:
Vakansiyaları təhlil etmək, şirkət daxili elanları hazırlamaq və
yerləşdirmək;
Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı və
yerləşdirilməsi üzrə işin təşkili
İnsan resursları əməliyyatlarının
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun
idarə edilməsini təmin etmək;
İşə qəbul, vəzifə və əmək şəraitinin
dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə
nəzarət etmək;
İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin,
eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin
etmək;
İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək
mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini
əlaqələndirmək;
ƏMAS və şirkətin daxili insan resursları sistemlərində
işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək,
fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə
təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların
hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün
hazırlanmasını təmin etmək;
İR və Payroll üzrə hesabatları hazırlamaq və
rəhbərliyə təqdim etmək.
Əsas tələblər:
Yaş həddi: 30–45
Ali təhsil (Biznesin
idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
İnsan
resursları və Payroll sahəsində minimum 5 il iş təcrübəsi;
HR
proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və
təcrübə;
MS Office və yaxşı səviyyədə Exceldə işləmək
bacarığı;
Analitik düşünmə, problem həlletmə və qərarvermə
bacarığı;
Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə
edilməsi bacarığı;
Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi
məlumatlarla işləmək bacarığı;
Azərbaycan dilində sərbəst, ingilis və ya
türk dilində işlək səviyyədə ünsiyyət bacarığı;
1C, Bitrix, ƏMAS,
E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.
Vəzifə üzrə təminatlar:
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Menecer”
yazmaqlaMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
