Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Sərnişin xidmətləri, kommersiya, icarə, təchizat, finans və digər tərəfdaşlıq
müqavilələrinin, eləcə də məxfilik müqavilələri və memorandumlar kimi sənədlərin idarə edilməsi, müqavilələrdə
şirkətin maraqlarının qorunması və öhdəliklərlə müddətlərə hüquqi nəzarətin həyata keçirilməsi;
Tender və konsessiya sənədlərinin hüquqi ekspertizası, təkliflərin və müqavilələrin
hazırlanması, tələblərin və öhdəliklərin yoxlanılması, habelə rəhbərliyə hüquqi rəy və tövsiyələrin verilməsi yolu
ilə proseslərin tam hüquqi dəstəklənməsi;
Strateji tərəfdaşlıqların və
xarici strukturların qurulması, korporativ dəyişikliklərin idarə olunması, investisiya müqavilələrinin ekspertizası
proseslərinin həyata keçirilməsi ilə korporativ və investisiya strukturlaşdırılmasının təmin
edilməsi;
Sənədlərin hüquqi ekspertizası, HR və rəhbərliyə
qanunvericiliyin tətbiqi ilə bağlı dəstək göstərilməsi, intizam tədbirlərinin rəsmiləşdirilməsi və əmək
mübahisələrinin idarə olunması;
Şirkətin xarici ölkələrdə fəaliyyətinin
və yeni hüquqi şəxslərin yaradılmasının hüquqi təminatı;
Təchizatçılar,
tərəfdaşlar, müştərilər, icarədarlar, əməkdaşlar və digər müqavilə tərəfləri ilə yaranan hüquqi mübahisələrin idarə
edilməsi, müvafiq sənədlərin hazırlanması, məhkəmə və arbitraj proseslərində şirkətin maraqlarının qorunması, eləcə
də zərurət olduqda xarici hüquqşünasların koordinasiyası;
Biznes
qərarları və müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi, standart sənədlərin, təsdiq prosedurlarının və
korporativ aktların hazırlanması, habelə reyestrlərin aparılması, sənədlərin idarə olunması və rəhbərliyə dövri
hesabatların təqdim edilməsi.
Əmək şəraiti:
İş rejimi: 5 günlük (09:00-18:00);
İş
yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
Nəqliyyatla və naharla təmin
edilmə;
Ödənişsiz parkinq imkanı.
Tələblər
Hüquq üzrə ali təhsil;
Korporativ hüquq
sahəsində minimum 5 il müvafiq iş təcrübəsi;
Kommersiya müqavilələrinin
hazırlanması, hüquqi ekspertizası və danışıqlarının aparılması üzrə güclü təcrübə;
Analitik düşünmə, hüquqi təhlil və hüquqi risklərin qiymətləndirilməsi
bacarığı;
Yüksək məsuliyyət və peşəkar etika;
Azərbaycan dili sərbəst, ingilis dili və rus dilləri peşəkar səviyyədə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
