Vakansiya haqqında
BOOO Group komandamıza istehsal, təchizat və
operativ satınalma proseslərini həyata keçirəcək Təchizat üzrə mütəxəssis axtarır.
Vəzifə
öhdəlikləri
İstehsal proseslərinin təşkili və
nəzarəti
Tədbirlər və layihələr üçün tələb olunan
rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək;
Usta, sex və digər istehsalçılarla işləmək, texniki
tapşırığı düzgün ötürmək;
İstehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət
etmək;
Hazır məhsulun ölçü,
say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq;
Zərurət olduqda istehsal prosesini yerində izləmək.
Yerində və operativ satınalmaların həyata keçirilməsi
Layihələr üçün lazım olan material, avadanlıq
və digər məhsulların bazarda araşdırılması;
Tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan
yerində alışların həyata keçirilməsi;
Təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa zamanda tapılması və
alınması;
Qiymət və
keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi;
Alınan məhsulların vaxtında ofisə, anbara, istehsal
sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili.
Təchizatçı və qiymət
araşdırmaları
Yeni təchizatçı, istehsalçı və ustaların
tapılması;
Müxtəlif
təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Daha sərfəli alış və istehsal variantlarının müəyyən
edilməsi;
Daimi təchizatçı
bazasının formalaşdırılması və yenilənməsi.
Material və anbar
planlaması
Layihələr üzrə tələb olunan material
siyahılarının hazırlanması;
Anbarda mövcud material və məhsulların yoxlanılması;
Çatışmayan məhsulların vaxtında sifariş və ya satın
alınmasının təmin edilməsi;
Alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə
nəzarət.
Tədbirlər üzrə operativ texniki
dəstək
Tədbir öncəsi yarana biləcək təchizat
ehtiyaclarının operativ həlli;
Zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək
göstərmək;
Regionlarda və
həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq.
Hesabat və xərc
nəzarəti
Edilən alış və istehsal xərclərinin
qeydiyyatını aparmaq;
Qəbz,
hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi;
Xərclərin optimallaşdırılması üçün alternativ həllər
təklif etmək;
Görülmüş
işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək.
Tələblər
Operativ və həll yönümlü düşüncə
qabiliyyəti;
Bazar
araşdırması və qiymət müqayisəsi bacarığı;
Usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq
bacarığı;
Riyazi və məntiqi
düşüncə;
Planlama və
təşkilatçılıq bacarığı;
Satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi
üstünlükdür;
MS Excel və
Google Sheets üzrə işləmə bacarığı;
Telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması;
Regionlara səfər etmək və fleksibil iş qrafikinə
uyğunlaşmaq imkanı;
Event
sahəsinsə təcrübənin olması üstünlükdür;
Sürücülük vəsiqəsinin olması üstünlükdür;
Şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi
deyil.
Əmək haqqı və iş şərtləri
Əmək haqqı: Razılaşma yolu
ilə
Sınaq müddəti: 1
ay
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
Təchizat üzrə mütəxəssis qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
