Vakansiya haqqında
Fransanın aparıcı əczaçılıq qruplarından biri olan SERVIER, dərman vasitələrinin tədqiqi
və inkişafına xüsusi önəm verən, yüksək innovasiya yönümlü beynəlxalq şirkətdir. SERVIER-in dərmanları 130-dan çox
ölkədə təqdim olunur və bu missiya dünyada 20 000-dən çox əməkdaşımıza ilham verir.
SERVIER xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən, yeni müalicə
üsullarının kəşfi və təkmilləşdirilməsində mühüm rol oynayan orijinal və innovativ dərman preparatlarını təqdim
edir.
Komandamıza Bakı şəhəri üzrə Tibbi nümayəndə axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Regional menecerlə razılaşdırılmış plana uyğun olaraq səhiyyə mütəxəssislərinə və
aptek şəbəkələrinə gündəlik ziyarətlərin həyata keçirilməsi;
Həkimlərə
şirkətin məhsulları haqqında elmi məlumatların təqdim edilməsi;
Hədəf
auditoriya üçün promosiya tədbirlərinin, dəyirmi masaların və qrup görüşlərinin təşkili və
keçirilməsi;
Müvafiq tibbi istiqamət üzrə elmi yeniliklərin izlənilməsi
və daxili təlimlərdə iştirak;
Davam edən layihələrin effektiv icrası üçün
müxtəlif şöbələrlə əməkdaşlıq;
Gündəlik fəaliyyətin sistemdə vaxtında və
düzgün əks etdirilməsi, eləcə də digər inzibati tapşırıqların yerinə yetirilməsi;
Şirkətin fəaliyyətinin və məhsullarının etik və peşəkar şəkildə tanıdılması məqsədilə zəruri
digər işlərin həyata keçirilməsi.
Tələblər
Ali tibbi təhsil;
Microsoft Office
proqramlarında yaxşı işləmə bacarığı;
Etibarlı sürücülük vəsiqəsi və
aktiv sürücülük bacarığı.
Şəxsi və peşəkar bacarıqlar
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Effektiv peşəkar münasibətlər qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik və
dürüstlük;
Nəticəyönümlü və proaktiv yanaşma;
Vaxtın idarə edilməsi və prioritetlərin düzgün müəyyənləşdirilməsi;
Çeviklik və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
Analitik və strateji düşüncə;
Peşəkar inkişafa
yüksək motivasiya.
Şirkət nə təklif edir
Peşəkar və karyera inkişafı imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
Tibbi sığorta;
Şirkət avtomobili və müəyyən edilmiş
yanacaq limiti;
Mobil rabitə təminatı;
Peşəkar, inkişafyönümlü və mehriban iş mühiti;
Beynəlxalq təcrübə və davamlı peşəkar dəstək;
Daxili təlimlərdə və inkişaf proqramlarında iştirak.
Şəxsi məlumatların qorunması
CV, ərizə və ya tərcümeyi-hal göndərməklə, təqdim etdiyiniz şəxsi məlumatların
namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və mümkün əmək münasibətlərinin qurulması məqsədilə qüvvədə olan
şəxsi məlumatların qorunması qanunvericiliyinə uyğun emal edilməsinə razılıq verirsiniz.
Namizədliyinizin qeyd olunan tələblərə uyğun olduğunu düşünürsünüzsə, CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərin. Mövzu sətri: “Tibbi nümayəndə – Bakı”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
