Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Bank üzrə CI/CD proseslərinin sıfırdan qurulması və idarə
edilməsi;
Development, Test, UAT və Production mühitləri
üçün avtomatlaşdırılmış deployment proseslərinin yaradılması;
DevOps
proseslərinin standartlaşdırılması və avtomatlaşdırılması;
Docker, Kubernetes və “Infrastructure as Code” həllərinin
tətbiqi;
“Monitoring”, “Logging” və “Alerting”
sistemlərinin qurulması;
DevSecOps prinsiplərinin CI/CD
proseslərinə inteqrasiya edilməsi;
“Secrets Management”,
“vulnerability scanning” və təhlükəsiz deployment proseslərinin təşkili;
Production mühitlərinin dayanıqlılığı, yüksək əlçatanlığının və
performansının təmin edilməsi;
Backup, Disaster
Recovery və rollback mexanizmlərinin qurulması;
Development, QA, IT Infrastructure və Information Security komandaları ilə
koordinasiyanın təşkili.
Namizədə tələblər:
Ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və
s.);
DevOps sahəsində azı 2 il praktiki iş
təcrübəsi;
Git və versiya idarəetmə sistemləri ilə praktiki iş
təcrübəsi;
CI/CD prosesləri və onların qurulması haqqında praktiki
bilik;
Jenkins, GitLab CI/CD** və ya analoji alətlərdən biri ilə iş
təcrübəsi;
Docker ilə praktiki iş təcrübəsi;
Proqram təminatının müxtəlif mühitlərə (Development, Test, UAT, Production) yerləşdirilməsi
(Deployment) prosesləri haqqında praktiki anlayış;
Build, deployment və
release proseslərinin avtomatlaşdırılması üzrə təcrübə;
Bash və ya digər
skript dilləri üzrə baza səviyyəsində bilik;
Linux əməliyyat sistemi üzrə
bilik;
Monitoring və logging prinsipləri haqqında
anlayış;
Proqram təminatının hazırlanması və istifadəyə verilməsi həyat
dövrü (SDLC) haqqında anlayış;
Proqramlaşdırma komandası ilə birgə
işləmək və texniki problemləri həll etmək bacarığı;
Analitik düşüncə və
problem həll etmə bacarığı.
Üstünlük verilir:
Kubernetes ilə iş təcrübəsi;
Terraform və
ya digər Infrastructure as Code (IaC) alətləri ilə tanışlıq;
Java, C# və
ya digər proqramlaşdırma dilləri ilə hazırlanmış tətbiqlərin build və deployment prosesləri ilə işləmək
təcrübəsi;
Monitoring və logging alətləri ilə praktiki iş
təcrübəsi;
Bank və ya digər kritik informasiya sistemlərində DevOps
təcrübəsi.
VakansiyayaMüraciət etdüyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul
Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
