Vakansiya haqqında
Komandamıza İnsan Resursları proseslərinin,
təşkilati strukturun və performans idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verəcək, analitik düşüncə və
strateji yanaşmaya malik Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis axtarırıq.
Əsas vəzifə
öhdəlikləri
Şirkətin təşkilati strukturda baş verən dəyişikliklərə uyğun olaraq struktur
sxemlərinin və vəzifə təlimatlarının hazırlanmasını, yenilənməsini və aktuallığının təmin edilməsini həyata
keçirmək;
Struktur bölmələrinin funksiyalarını, vəzifə və məsuliyyət
bölgüsünü təhlil etmək, proseslərin optimallaşdırılması üzrə təkliflər vermək;
Şirkət üzrə mövcud performans idarəetmə sisteminin (KPI/OKR) təkmilləşdirilməsi, tətbiqinin
koordinasiyası və effektivliyinin qiymətləndirilməsində iştirak etmək;
Performans göstəricilərinin müəyyənləşdirilməsi, izlənilməsi və qiymətləndirilməsi
proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq;
İllik, rüblük və dövri
performans qiymətləndirmə proseslərinin koordinasiyasında iştirak etmək, nəticələr əsasında təkmilləşdirmə
təklifləri hazırlamaq;
360° qiymətləndirmə mexanizminin
təkmilləşdirilməsi və tətbiqinin koordinasiyasında iştirak etmək;
Əməkdaş
bağlılığı və məmnuniyyətinin qiymətləndirilməsi məqsədilə sorğular təşkil etmək, nəticələri təhlil etmək və müvafiq
inkişaf təşəbbüsləri hazırlamaq;
Yeni əməkdaşların adaptasiya prosesinin
effektivliyini izləmək və mövcud mexanizmlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Korporativ məlumat axınının effektiv idarə olunması, kommunikasiya kanallarının
səmərəliliyinin artırılması və daxili kommunikasiya təşəbbüslərinin əlaqələndirilməsi;
İnsan Resursları proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək və müvafiq
layihələrin icrasını koordinasiya etmək.
Namizədə dair
tələblər
Biznesin idarə edilməsi, Menecment, İnsan Resursları və ya müvafiq sahə üzrə ali
təhsil (magistr dərəcəsi üstünlükdür);
Təşkilati inkişaf və performans
idarəetməsi sahəsində iş təcrübəsi;
KPI, OKR və performans qiymətləndirmə
metodologiyaları üzrə biliklər;
İşçi bağlılığı və məmnuniyyətinin idarə
olunması üzrə təcrübə üstünlükdür;
Süni intellekt alətlərindən peşəkar
səviyyədə istifadə bacarığı;
Rəqəmsal korporativ platformalarla işləmək
təcrübəsi üstünlükdür;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və
şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi
üstünlükdür.
Şəxsi
keyfiyyətlər
Strateji yanaşma və nəticəyönümlülük;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
Komanda işi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu
hissəsində “Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
