Vakansiya haqqında
Diqqət!!! Consulting sahəsində işləmə bacarığına, analitik düsüncəyə malik və özünə
güvənən namizəd axtarılır
İş barədə məlumat
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vergi və maliyyə uçotunun aparılması;
New-e-taxes,
E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və
ödənişləri reallaşdırmaq;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər
ödənişlərin hesablanması və ödənilməsi;
Aylıq, rüblük və illik vergi
hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq
məktublarının və sorğuların cavablandırılması
Vergi ödəyicilərinin
dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və Bazar günləri;
Əmək haqqı:
Razılaşma yolu ilə
Tələblər
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib
olmalıdır;
Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında
yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
1C 8.3 mühasibat proqramında
işləməyi bacarmalıdır;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
(ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd
edərək,Müraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
