Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Konserva kateqoriyasındakı (ət
konservləri, balıq konservləri, tərəvəz konservləri, meyvə konservləri, paxlalı konservlər, tomat məhsulları,
turşular və digər konservləşdirilmiş məhsullar) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və
texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət
etmək.
Reseptura və Xammal daxilolması: Məhsulların əsas
xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi
məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (pH, turşuluq, duz, Brix, konsistensiya, sterilizasiya və s.)
texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi: Ət, balıq,
tərəvəz, meyvə, paxlalılar, tomat, yağ, duz, şəkər, ədviyyatlar və digər xammal növlərini və bazar qiymətlərini
təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını
almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Konserva məhsulları kateqoriyası üzrə satınalma
strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin
etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı
fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal
kommersiya şərtləri ilə bağlamaq.
Maya dəyərinin (Cost) idarə
edilməsi: Xammal, qablaşdırma, istehsal, sterilizasiya/pasterizasiya, enerji, logistika və digər istehsal
xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Konservləşdirmə
texnologiyası, Ət və ət məhsullarının texnologiyası, Balıq və balıq məhsullarının texnologiyası və ya müvafiq
texniki sahə.
Təcrübə:Retail/FMCG/qida sektorunda
satınalma/kateqoriya idarəetməsi(Konserva, qida istehsalı üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə
olmaqla iş təcrübəsi,
Sektor və bazar biliyi: Konserva
məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən
amilləri bilmək.
Xammal üzrə bilik: Ət, balıq, tərəvəz,
meyvə, paxlalılar, tomat, bitki yağları, duz, şəkər, ədviyyatlar, konservantlar və digər köməkçi xammalların
xüsusiyyətlərini bilmək.
Texnoloji proses: Xammalın
qəbulu və hazırlanması, yuyulma, çeşidlənmə, doğranma, blanşirləmə, bişirmə, resepturanın hazırlanması, doldurma,
vakuumlama, hermetik bağlama, pasterizasiya/sterilizasiya, soyutma və qablaşdırma proseslərini
bilmək.
Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji
risklər, xüsusilə konservləşdirilmiş məhsullarda təhlükəli mikroorqanizmlər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP,
sanitariya-gigiyena, hermetiklik, sterilizasiya rejimləri və fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə
bilik.
Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı
və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq
bacarığı.
Dil bilikləri: Azərbaycan dili – mükəmməl,
İngilis və ya Rus dili – mütləq.
Şəxsi
Keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və
qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
