Vakansiya haqqında
İş şəraiti
Pərakəndə Bankçılıq Mərkəzi
İş qrafiki:
09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Tələblər:
Ali təhsil;
Bank sektorunda müvafiq
sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst
danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
Analitik düşüncə,
ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında yüksək
səviyyədə işləmək bacarığı.
İşin təsviri:
Qızıl Təminatlı kreditlər
Bankın lombard məhsulları haqqında müştərilərin
məlumatlandırılması;
Bankın lombard kreditləri üzrə müştəri bazasının
formalaşdırılması və inkişafı;
Pərakəndə kredit mütaciətləri üzrə tələb
edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin
etmək;
Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni
rəsmiləşdirmək;
Müştəri portfelinin mənfəətlilik, effektivlilik və
müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin
alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə
saxlanılması;
Çarpaz satış imkanlarının araşdırılması, filial içində
digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət
göstərilməsi;
Bank sənədlərini Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər
üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərəkMüraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
