Vakansiya haqqında
Tələblər:
Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahə üzrə
bilik və iş təcrübəsi;
Yanğın təhlükəsizliyi norma və qaydaları barədə
məlumatlı olmaq;
Tikinti sahəsində iş təcrübəsi
üstünlükdür;
Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır
olmaq;
Məsuliyyətli, diqqətli, tələbkar və operativ
olmaq;
Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların
aradan qaldırılmasını izləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq
və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi
qaydalarına və tələblərinə riayət olunmasına nəzarət etmək;
Obyektlərdə
mütəmadi yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyən etmək;
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və
təkliflər vermək, icrasını nəzarətdə saxlamaq;
Yanğınsöndürmə
balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya və digər yanğından mühafizə vasitələrinin mövcudluğuna
və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Təxliyə yollarının,
çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq;
Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə
uyğun aparılmasına nəzarət etmək;
Yanıcı və tezalışan materialların
saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri
maarifləndirmə işləri aparmaq;
Fövqəladə hal zamanı təxliyə və ilkin
yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş
tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
Yanğın
təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri
və şirkətin layihələri;
Əmək haqqı namizədin bilik, təcrübə və
bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqlaMüraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
