Vakansiya haqqında
Əsas vəzifələr:
Şirkətin satış strategiyasının hazırlanması və həyata
keçirilməsi;
Satış komandasının idarə olunması və iş bölgüsünün
aparılması;
Aylıq, rüblük və illik satış hədəflərinin müəyyənləşdirilməsi
və icrasına nəzarət;
Böyük kosmetika şəbəkələri və strateji müştərilərlə
kommersiya əlaqələrinin idarə olunması;
Yeni satış kanallarının və biznes
imkanlarının müəyyənləşdirilməsi;
Distribusiya şəbəkəsinin
genişləndirilməsi;
Satış komandasının KPI-larının müəyyənləşdirilməsi və
nəticələrin qiymətləndirilməsi;
Satış planlarının, büdcələrin və
proqnozların hazırlanması;
Müştərilər və satış komandası arasında
koordinasiyanın təmin edilməsi;
Bazar, rəqib və satış nəticələrinin
təhlili;
Satış proseslərinin optimallaşdırılması və inkişaf
etdirilməsi;
Şirkət rəhbərliyinə mütəmadi satış hesabatlarının təqdim
edilməsi;
Komandanın motivasiyası, inkişafı və performansının idarə
olunması;
Əsas müştərilərlə görüşlərdə şirkəti təmsil etmək və kommersiya
danışıqlarını aparmaq.
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi;
FMCG, kosmetika, retail və ya distribusiya sahəsində təcrübə üstünlükdür;
Satış komandasının idarə edilməsi üzrə praktiki təcrübə;
Böyük müştərilər və şəbəkələrlə danışıqlar aparmaq bacarığı;
Güclü liderlik və komanda idarəetmə bacarıqları;
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Satış strategiyası və KPI sistemi ilə işləmək təcrübəsi;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür;
MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
Aktiv və dinamik iş mühitində işləmək bacarığı.
Təklif edirik:
Stabil və inkişaf edən şirkətdə iş imkanı;
Kosmetika və distribusiya sektorunda peşəkar inkişaf imkanı;
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və dinamik komanda;
Karyera inkişafı üçün
imkanlar.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt vasitəsilə göndərə bilərlər.
E-mail mövzusunda müraciət edilən vəzifənin adının qeyd olunması xahiş
olunur:“Satış Rəhbəri”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
