Vakansiya haqqında
Tikinti şirkətimizin hüquqi fəaliyyətini təmin edəcək, rəhbərliyə hüquqi dəstək
göstərəcək və şirkətin hüquqi risklərinin effektiv idarə olunmasını həyata keçirəcək Hüquqşünas
axtarırıq.
Əmək funksiyaları:
Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin
hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
Tikinti layihələri
üzrə müqavilə və digər sənədlərin hüquqi baxımdan təhlil edilməsi;
Müqavilələr üzrə hüquqi risklərin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə
təkliflərin hazırlanması;
Şirkətin dövlət qurumları, podratçılar,
subpodratçılar və digər tərəfdaşlarla hüquqi münasibətlərinin müşayiət edilməsi;
İddia ərizələri, hüquqi rəylər, rəsmi məktublar və digər hüquqi sənədlərin
hazırlanması;
Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının
təmsil olunması;
Şirkətin gündəlik fəaliyyətindən irəli gələn hüquqi
məsələlər üzrə rəhbərliyə hüquqi dəstəyin göstərilməsi;
Tikinti və
daşınmaz əmlak sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və onların şirkətin fəaliyyətinə təsirinin
qiymətləndirilməsi;
Şirkətin nizamnaməsi, əmrləri, qərarları, daxili
qaydaları, siyasətləri və digər təşkilati-sərəncamverici sənədlərinin hazırlanması və hüquqi ekspertizasının həyata
keçirilməsi;
Şirkətin struktur bölmələri tərəfindən hazırlanmış
sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və hüquqi rəylərin təqdim edilməsi;
Şirkətin hüquqi şəxslər, tərəfdaşlar və digər kontragentlərlə hüquqi münasibətlərinin
rəsmiləşdirilməsinin təmin edilməsi;
Hüquqi sənədlərin hazırlanması,
sistemləşdirilməsi və hüquqi sənəd dövriyyəsinin təşkilinə dəstək göstərilməsi;
Şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair yazılı və şifahi hüquqi rəylərin
hazırlanması;
Şirkətin fəaliyyətinə təsir edən qanunvericilik və normativ
hüquqi aktların mütəmadi izlənilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə
yetirilməsi.
Vəzifənin tutulması şərtləri:
Ali hüquqi təhsil;
Tikinti
şirkətində və ya tikinti layihələri üzrə hüquqşünas kimi iş təcrübəsi mütləqdir;
Podrat və subpodrat müqavilələrinin hazırlanması və hüquqi ekspertizası üzrə praktiki
təcrübə;
Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati,
əmək qanunvericiliyi, Şəhərsalma və Tikinti Məcəlləsi və digər müvafiq qanunvericilik aktları üzrə
bilik;
MS Office proqramlarından sərbəst istifadə etmək
bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət
bacarığı;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
Analitik düşüncə, hüquqi sənədlərlə işləmək və danışıqlar
aparmaq bacarığı;
Müstəqil işləmək, hüquqi riskləri düzgün
qiymətləndirmək və operativ qərar qəbul etmək bacarığı.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük
iş həftəsi, 09:00–18:00
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
