Vakansiya haqqında
İş haqqinda
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə
avadanlıqlarının satışını genişləndirdiyi üçün komandasına motivasiyalı satış nümayəndəsi
axtarır.
Bu vəzifə tam şəkildə B2B satış fəaliyyətini əhatə edir və
restoranlar, kafelər, ofislər kimi korporativ müştərilərlə işin həyata keçirilməsini nəzərdə tutur. Şirkətin müştəri
portfeli mövcuddur, eyni zamanda yeni müştərilərin cəlb edilməsi tələb olunur.
Vəzifələr
Məhsulların təqdimatı və satışı
Gündəlik
müştəri ziyarətlərinin təşkili
Sifarişlərin toplanması və CRM-də qeyd
olunması
Cari müştərilərlə münasibətlərin qorunması
Yeni müştərilərin cəlb edilməsi
Satış hədəflərinə
uyğun hesabat vermək
İş şərtləri
950 AZN Vergilər daxil + bonus (300-2700 Azn)
Gündəlik yanacaq qarşılanır
Həftədə 1 gün
istirahət
Şirkət tərəfindən məhsul və satış
təlimləri
Real yüksəliş imkanı
Dəstəkləyici komanda və stabil portfel
Tələblər
Ali təhsil
B2B və ya satış üzrə minimum 1
il təcrübə
Şəxsi avtomobil və sürücülük vəsiqəsi
Azərbaycan dilində sərbəst danışıq; Rus dili arzuolunandır
Yüksək kommunikasiya və təqdimat bacarığı
Nizamlılıq, məsuliyyət və öyrənməyə açıq olmaq
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "B2B Satış Təmsilçisi"
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
