Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata
keçirmək;
İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su
kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək;
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ
tələblərə uyğun icrasını təmin etmək;
Layihələrin təsdiq edilmiş iş
qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini
və keyfiyyətini yoxlamaq;
Tikinti sahələrində işçi qüvvəsi, texnika,
avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək;
Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına
və yoxlanılmasına nəzarət etmək;
Layihə üzrə yaranan texniki və təşkilati
problemlərin operativ həllini təmin etmək;
Tikinti sahələrində əməyin
mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim
etmək.
Namizədə tələblər
İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali
təhsil;
Tikinti sahəsində minimum 10 il idarəetmə
təcrübəsi;
İnfrastruktur, hidrotexniki qurğular və kənd
təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi;
Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin
tikintisi üzrə biliklər;
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər;
Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və
yoxlanılması üzrə təcrübə;
Tikinti layihələrinin planlaşdırılması, iş
qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı;
AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək
bacarığı;
Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya
rəhbərlik və koordinasiya bacarıqları;
Analitik düşünmə, operativ
qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti;
B kateqoriyalı
sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
