Vakansiya haqqında
Şirkətimizin İT strategiyasına rəhbərlik edəcək,
texnoloji infrastrukturun dayanıqlığını və rəqəmsal transformasiyanı təmin edəcək İT Departament
müdiri axtarırıq.
Əsas
vəzifələr:
Şirkətin İT strategiyasını hazırlamaq, biznes
strategiyasına uyğunlaşdırmaq və icrasını təmin etmək;
Şirkətin İT infrastrukturunun, ERP, POS, ITSM və BPM sistemlərinin fasiləsiz və
effektiv fəaliyyətini təmin etmək;
Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və
əlçatanlığını təmin etmək;
İT infrastrukturunun (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlərin, virtualizasiya
mühitlərinin və data mərkəzlərinin idarə edilməsinə nəzarət etmək;
Bulud və hibrid infrastruktur həllərinin tətbiqini,
inkişafını və optimallaşdırılmasını təmin etmək;
İT sistemlərinin, verilənlər bazalarının və korporativ tətbiqlərin
təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək;
Kibertəhlükəsizlik strategiyasını formalaşdırmaq,
informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və müvafiq qorunma tədbirlərinin həyata keçirilməsini təmin
etmək;
ISO 27001 standartı,
İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək;
Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery)
və biznesin fasiləsizliyi (BCP/DRP) planlarını hazırlamaq və icrasına nəzarət etmək;
İT xidmətlərinin keyfiyyətini yüksəltmək, xidmət
səviyyəsi göstəricilərini (SLA) müəyyənləşdirmək və monitorinqini aparmaq;
İT layihələrini planlaşdırmaq, idarə etmək və onların
vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasını təmin etmək;
Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni
intellekt və data analitikası həllərinin tətbiqi imkanlarını qiymətləndirmək və müvafiq layihələri həyata
keçirmək;
İT büdcəsini
hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini
qiymətləndirmək;
İT
sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət
keyfiyyətinə nəzarət etmək;
İT komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və
fəaliyyət göstəricilərinin qiymətləndirilməsini təmin etmək;
Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllərini
təklif etmək və tətbiqini koordinasiya etmək;
Namizədə dair
tələblər:
İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsilə malik
olmaq;
Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il, o
cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq;
40-dan
çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsinə malik
olmaq;
ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin
biliklərə malik olmaq;
Şəbəkə infrastrukturu (LAN/WAN, SD-WAN, VPN,
Wi-Fi), serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə biliklərə malik
olmaq;
Bulud və hibrid infrastruktur həlləri (Azure, AWS və ya lokal
provayderlər) üzrə biliklərə malik olmaq;
MS SQL, Oracle və PostgreSQL
verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək;
Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə biliklərə
malik olmaq;
Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və
biznesin fasiləsizliyinin təmin edilməsi (BCP/DRP) üzrə biliklərə malik olmaq;
PMP, Agile və ITIL kimi layihə idarəetməsi metodologiyalarını bilmək;
Strateji düşünmə və analitik təhlil bacarıqlarına malik olmaq;
Üstünlük hesab
olunur:
Rəqəmsal transformasiya, süni intellekt və
data analitikası layihələrində uğurlu təcrübə;
Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə
tanışlıq;
PMP, ITIL,
CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatların olması.
Biz nə təklif
edirik?
Rəqabətli əməkhaqqı;
Nahar
təminatı;
Könüllü tibbi sığorta;
Korporativ mobil nömrə;
Müasir texnologiyalar və
real layihələr üzərində işləmək imkanı.
CV-nizi "İT Departament Müdiri"
başlığı iləMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
