Vakansiya haqqında
Tələblər
İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və
ya əlaqəli sahələr üzrə ali təhsil;
Data idarəetməsi (Data Governance),
Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş
təcrübəsi;
Məlumatların idarə edilməsi prinsipləri, məlumatların
keyfiyyəti və metadata anlayışları üzrə biliklər;
SQL vasitəsi ilə
məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər;
Məlumat
modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış;
Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı;
Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq
bacarığı;
İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və
anlamaq səviyyəsində.
Üstünlük verilir:
Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak
təcrübəsi;
DAMA-DMBOK çərçivəsi və ya digər data menecement
metodologiyaları haqqında biliklər;
Data Governance alətləri haqqında
biliklər;
Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə
praktiki təcrübə.
Öhdəliklər
Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq
metodologiyaların tətbiqində iştirak edilməsi;
Məlumatların keyfiyyətinin
qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi;
Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin
müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
Bankın məlumat lüğətinin
(Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması
və inkişaf etdirilməsi;
Məlumatların mənbədən istifadəçiyə qədər
hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak
edilməsi;
Məlumatların keyfiyyəti ilə bağlı problemlərin
müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin
əlaqələndirilməsi;
Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi
üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi;
Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin
təmin edilməsi.
VakansiyayaMüraciət etdüyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul
Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
