Vakansiya haqqında
Vəzifəyə aid öhdəliklər:
Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və
marşrutlarını planlaşdırmaq və koordinasiya etmək;
Nəqliyyat vasitələrini
təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək;
Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək;
Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında
çatdırılmasını koordinasiya etmək;
Marşrutlar üzrə gecikmə, nasazlıq və
digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və
hesabatlar hazırlamaq;
Nəqliyyat vasitələrinin texniki baxış və təmir
proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək;
Sürücülər üçün
elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə
nəzarət etmək.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə
üzrə təhsil üstünlükdür.
Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il
iş təcrübəsi.
Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin
koordinasiyası üzrə praktiki biliklər.
Azərbaycan dilində sərbəst danışıq
və yazı bacarığı.
MS Office, xüsusilə Excel proqramında işləmək
bacarığı.
Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll
etmək bacarığı.
Sürücülərlə və digər struktur bölmələrlə düzgün
kommunikasiya qurmaq bacarığı.
Yüksək məsuliyyətlilik, diqqətlilik və
intizamlılıq.
Stressli və intensiv iş şəraitində işləmək
bacarığı.
GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı
üstünlükdür.
Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin
anlayışın olması üstünlükdür.
İş şəraiti:
İş yeri – Ağsu şəhəri;
Həftə içi 5 günlük iş qrafiki;
Ağsu şəhərinə yaxın
ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir;
Gecələmə və
qidalanma şirkət tərəfindən qarşılanmır;
Əmək haqqı 900 – 1,000 Azn
aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
