Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Telefon və ya şirkətin sosial şəbəkə səhifələri üzərindən daxil olan zəng və
müraciətləri vaxtında və müəyyən edilmiş qaydalara uyğun cavablandırır;
Müraciət edənlərə Şirkət tərəfindən göstərilən xidmətlərlə bağlı lazımi məlumatlar,
məsləhətlər və istiqamətlər verir;
İlkin texniki dəstək xidmətlərini
yerinə yetirir;
Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyələri
qəbul edir, dinləyir, sualları operativ cavablandırır, qarşıya çıxmış problemin operativ həlli məqsədilə müraciət
edənləri aidiyyəti struktur və ya şəxslərlə əlaqələndirir;
Çağrı
mərkəzinə daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini işləyib
hazırlayır və idarə edir;
Qeydiyyata alınmış müraciətləri vaxtında həll
edir və zərurət olduğu halda geridönüş zənglərini yerinə yetirir;
Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun olaraq (mehriban,
təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurur;
Namizədə dair tələblər:
Azərbaycan və Rus dillərində danışıq;
Yüksək ünsiyyət qurma bacarığı;
Ofis avadanlıqları
ilə işləmə bacarığı;
Öyrənməyə meyilli;
Yaş həddi: 24-45.
İş şəraiti:
Əmək haqqı: 500-650 AZN;
Azərbaycan
Respublikası ƏM-ə uyğun işə qəbul;
İş qrafiki: Növbəli (gündüz və gecə
növbəsi).
Müraciət etmək istəyən namizədlərin CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
