Vakansiya haqqında
Komandamıza Rəhbər Köməkçisi
axtarırıq. Bu, sadəcə təqvim aparan deyil, işi başlanğıcından nəticəsinə qədər izləyən bir mövqedir
— gündəlik ritmi yüksək, qərarların sürətlə verildiyi, şirkətin ən geniş şəbəkəsinə sahib rollardan
biri.
Nə edəcəksiniz
Vaxt və təqvim
Rəhbərin gündəlik, həftəlik və aylıq
təqvimini aparmaq; görüş, zəng və tədbirləri prioritetlərə uyğun planlaşdırmaq, təsdiqləmək və yenidən təyin etmək;
vacib tarixləri və son müddətləri vaxtında xatırlatmaq.
Tapşırıqların icra
nəzarəti(bu rolun mərkəzi hissəsidir)
Şöbə rəhbərlərinə və əməkdaşlara verilən
tapşırıqları vahid siyahıda aparmaq, icra müddətlərinə nəzarət etmək, gecikən və gözləmədə olan işlər barədə
müntəzəm məlumat vermək.
Görüşlər
Daxili və xarici görüşləri (şirkətlər, dövlət
qurumları, banklar, tərəfdaşlar) təşkil etmək; gündəlik və sənədləri hazırlamaq, iştirakçılar haqqında qısa brifinq
vermək; protokol aparmaq, nəticələri konkret tapşırıqlara çevirmək və follow-up etmək.
Yazışma və sənəd
dövriyyəsi
Rəhbər adından rəsmi məktublar və cavablar
hazırlamaq (AZ / RU / EN); imzaya təqdim olunan sənədləri hazırlamaq və yoxlamaq; müqavilə və razılaşmaların
arxivini nizamlı saxlamaq; məxfi sənədlərlə məxfilik qaydalarına uyğun işləmək.
Təqdimat və
hesabatlar
Təqdimatlar, brifinq vərəqləri və hesabatlar
hazırlamaq; şöbələrdən məlumat toplayaraq həftəlik və aylıq xülasələr tərtib etmək.
İnzibati
dəstək
Səfərləri (bilet, otel, viza, proqram)
planlaşdırmaq və xərcləri qeydə almaq; iclaslar və korporativ tədbirlərin təşkilində iştirak etmək; tərəfdaş və
müştərilərin əlaqə bazasını aktual saxlamaq.
Sizdən
gözləntilərimiz
Ali təhsil (biznes, filologiya, beynəlxalq münasibətlər
üstünlükdür)
Rəhbər köməkçisi vəzifəsində ən azı 2–3 il
təcrübə
Azərbaycan dili — mükəmməl; rus
və ingilis dilləri — işgüzar yazışma apara biləcək səviyyədə (B2–C1)
MS Office (Word, Excel, PowerPoint), Outlook və ya Google Workspace, Zoom/Teams üzrə inamlı
istifadə
AI alətlərindən gündəlik işdə istifadə bacarığı
— mətn hazırlama, tərcümə, görüş qeydlərinin transkripsiyası və xülasələnməsi üçün (ChatGPT, Claude, Copilot və
bənzərləri)
Eyni anda bir neçə işi idarə etmək, prioritetləşdirmək və işi
sona çatdırmaq vərdişi
Məxfiliyə sadiqlik, təşəbbüskarlıq, səliqəlilik,
təzyiq altında sakit işləmək bacarığı
Üstünlük
sayılır
Texnologiya və ya konsaltinq sektorunda təcrübə
Tapşırıq izləmə alətləri ilə iş təcrübəsi (Odoo, Jira, Asana, Notion, Trello və
s.)
Beynəlxalq səfər və protokol təcrübəsi
Təklif edirik
Şirkətin idarəetmə mərkəzində işləmə imkanı
Regional miqyasda layihələrə (Azərbaycan, BƏƏ, Özbəkistan) birbaşa cəlb
olunma
AI alətlərini gündəlik işində real istifadə edən müasir
komanda
Rəqabətli əməkhaqqı və rəsmi əmək müqaviləsi
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
