Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Malların Bakı və digər regionlara mütəmadi olaraq daşınmasını həyata
keçirmək;
Lazımı ünvanlara malları vaxtında və sağlam vəziyyətdə
çatdırmaq;
Avtomobili idarə etdiyi zaman peşə etiketı qaydalarına riayət
etmək;
Avtomobilin təmizliyinə nəzarət etmək;
Maşını uzunmüddətli saz vəziyyətdə saxlamaq üçün bütün saxlama qaydalarını, vasitələri bilməli
(qoruyucu losyonlar, təmizlik mayelərin, və s. vaxtında istifadə etmək, birbaşa düşən günəş işığda, qışda isti su
ilə yumamaq), texniki baxışların vaxtları, texniki xidmətləri şin təzyiqi, şin istismarı və s. avtomobilin istismar
instruksiyaları bilməli;
Avtomobili vaxtı-vaxtında texniki baxışdan
keçirtmək;
ISO 9001-2015 standartı üzrə müvafiq işləri görmək və daxili
əməliyyatların standarta uyğun şəkildə aparmaq;
Bu “Vəzifə təlimatı” ilə
müəyyənləşdirilmiş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Rəhbərliyin verdiyi digər vəzifələri yerinə yetirmək.
Əməyin Təhlükəsizliyi və Sağlamlığı
Korporativ yük maşınını yol hərkəti qaydalarına, şirkət siyasətinə və təhlükəsizlik
normativ sənədlərinə uyğun idarə etmək;
Reysdən əvvəl və resydən sonra
yük maşınının saz vəziyyətdə olduğundan əmin olmaq üçün, ışıqlar, təkərlər kimi önəmli sistemləri
yoxlamaq;
Reys qabağı tibbi müayinədən keçmək;
Daşıma zamanı qəzaların baş verməsinin qarşısını almaq üçün yüklərin düzgün yükləndiyindən,
sabitləndiyindən əmin olmaq;
Yük maşınında olan fövqəladə hal
avadanlıqlarının tam komplekt və saz vəziyyətdə olmasından əmin olmaq;
Hər hansı qəza və bədbəxt hadisələri zamanında SƏTƏM şöbəsinə vəbirbaşa rəhbərinə bildirmək və
daxili prosedurlara uyğun olaraq davranmaq;
Müştəri sahələrində olan
zaman orada qeyd olunan SƏTƏM qaydalarına və fərdi mühafizə vasitələri rejiminə əməl etmək;
Müəssisə daxili SƏTƏM qaydalarına ciddi əmək etmək;
Müəssisədə təşkil olunan əməyin mühafizə üzrə təlim və tədbirlərdə iştirak
etmək;
Tələblər
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi
üzrə norma və qaydaları bilməli;
Yol hərəkəti qaydalarını
bilməli.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
