Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında
hesablanması;
Əmək haqqının hesablanması zamanı işçilərin davamiyyət,
məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər məlumatlarının nəzərə alınması;
İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin
düzgün hesablanması;
Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair
məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
Əmək
haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
İşçilər üzrə hesablaşma vərəqələrinin hazırlanması və əmək haqqı məlumatlarının sistemdə əks
etdirilməsi;
Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə
kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib
edilməsi;
1C və digər mühasibatlıq proqramlarında əmək haqqı
məlumatlarının işlənməsi;
Əmək haqqı üzrə məlumatların ƏMAS və digər
aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
Əmək
haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq
izahların verilməsi;
Əmək haqqı hesablamaları üzrə sənədlərin düzgün
arxivləşdirilməsi və məxfilik qaydalarına riayət edilməsi;
Rəhbərlik
tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
Namizədə tələblər
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali
təhsil
Yaş həddi: 25-35 arası namizədlər
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
1 C və MC Office proqramlarında iş təcrübəsinin olması
Vergi və mühasibat uçotu üzrə əsas qanunvericilik bilikləri
Azərbaycan dilində səlis danışıq
Rus dili biliyi
üstünlükdür
Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək
bacarığına malik olmalı
İş barədə məlumat
İş günləri: həftənin 5 günü
İş
qrafiki: saat 08:00 – 17:00
İstirahət günü: şənbə və
bazar
Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: 1500-2000 AZN
Nahar və servis
müəssisə tərəfindən təmin olunur.
Ünvan: Xəzər rayonu, Binə
qəsəbəsi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə
mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş
olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
