Vakansiya haqqında
VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar bilik və
praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas axtarışındadır.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğunluğunun təmin edilməsində iştirak etmək;
Şirkətin hüquqi maraqlarını
qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər
görmək;
Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi
sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək;
Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak
etmək;
Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə
münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək;
Məhkəmə
və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin
etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların
şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək;
Hüquqi sənədlərin
sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi,
İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə
mükəmməl biliklər;
İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi
normalar barədə biliklər;
Müqavilə hüququ, əmək münasibətləri və
korporativ hüquq sahəsində praktiki təcrübə;
Hüquqi sənədlərin
hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı;
Analitik düşünmə,
problem həll etmə və qərarvermə qabiliyyəti;
Yüksək yazılı və şifahi
ünsiyyət bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək
bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş
günü;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
