Vakansiya haqqında
“STP GLOBAL CABLE” MMC Laboratoriya
bölməsinə “Sınaqçı mühəndis” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun
nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm
məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı
olan şirkətimiz xarici bazar üzrə dəönəmli müştəri bazasına malikdir.
Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə
təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Müvafiq sahədə 2 il iş
təcrübəsi;
Azərbaycan
dilini sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
Microsoft Office proqramlarını peşəkar istifadəçi
səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik
olmalı;
ISO 17025
sertifikatının olması arzu olunandır;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
İstehsal olunmuş məhsulun keyfiyyətinə
nəzarət edir,sınaqlar aparır və müvafiq rəy verir;
Məhsulun keyfiyyətinə nəzarət işlərini və sınaqların keçirilməsini beynəlxalq,
yerli standartlar və texniki şərtlər əsasında təmin etmək;
İstehsal olunmuş məhsulun sınağını keçirir, onların keyfiyyətinin standartlar və
texniki şərtlərin tələblərinə uyğun olub-olmaması nəticələrini sənədləşdirir;
Laboratoriyanın fəaliyyəti haqqında hesabatları
hazırlayır və laboratoriyanın baş mühəndisinə təqdim edir;
Standartların tələbinə uyğun olmayan məhsulların aşkar olunması, sənədləşdirilməsi,
istifadə edilməsi barədə müvafiq tədbirlər görür, laboratoriyanın baş mühəndisinə rəy və təkliflər
verir;
Uyğunsuzluqların
qarşısını almaq üçün təkrar yoxlamalar keçirir.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək
imkanı;
Adekvat əmək
haqqı;
Təlim və
inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud
dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin
edilmə;
İş vaxtı:
Növbəli;
İş yeri Sumqayıt
şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən
CV-lərini mövzu yerinə “Sınaqçı mühəndis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və eyni
zamandahttps://stpcareer.comsəhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
