Vakansiya haqqında
"Veysəloğlu" MMC Mərkəzi Sınaq Laboratoriyası Şöbəsinə, "Kimyaçı Mühəndis" vakansiyasını
elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər
aparmalıdır;
AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq
standartlara uyğun analizlər aparmalıdır;
Cihazların vaxtaşırı (iş
təlimatlarına uyğun) yoxlamasını etməlidir;
Cihaz və avadanlıqların
texniki qulluğunu yerinə yetirməlidir;
Periodik olaraq (ay, rüb, il
ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir;
Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə
vaxtında çatdırmalıdır;
Laboratoriyada istifadə edilən məhlulları,
qarışıqları hazırlamalıdır;
İş yerini, istifadə etdiyi avadanlığı,
cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir;
Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların
istifadəsini təklif etməlidir;
Laboratoriyada validasiya-verifikasiya
analizlərinin aparılmasında iştirak etmək.
Fiziki-kimyəvi laboratoriyanın
ləvazimat və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifariş edilməsini təmin
etməlidir;
Fiziki-kimyəvi laboratoriyalar arasında qarşılıqlı-müqayisəli
analizlərin aparılmasında iştirak etməlidir.
Tələblər:
Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsilə malik
olmalıdır;
Ən azı 2 il təcrübə arzuolunandır;
Azərbaycan dili (əla), İngilis və Rus dili arzuolunandır;
MS Office, Outlook, Teams proqramlarından istifadə edə bilməlidir;
İxtisası haqqında ümumi müddəaları bilməlidir;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməlidir;
İSO 17025 standartının tələblərinə uyğun qeydiyyatların aparılması, hesabatların hazırlanması;
statistik hesabatların tutulması qaydalarını bilməlidir;
Şirkətin
korporativ prosedur, təlimat, qayda və əsasnamələrini bilməlidir;
Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı
bacarmalıdır;
İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya ve
ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir;
Laboratoriyada işləməyə
mane olan xroniki xəstəliyi olmamalıdır;
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin
5 günü saat 08:00-dan 17:00-dək
Əməkhaqqı: Müsahibə
əsasında təyin edilir
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına və yahttps://karyera.veyseloglu.az/saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
