Vakansiya haqqında
Vəzifələr və məsuliyyətlər
Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün
yönləndirmək
Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və
zəmanət şərtlərini izah etmək.
Mağazada təqdim olunan məhsulların dizayna
uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
Müştəri şikayət və sorğularını cavablandırmaq.
Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq
etmək.
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və
rəhbərliyə təqdim etmək.
Mövcud və yeni məhsullar haqqında daim məlumatlı
olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
Anbarla
əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.
Tələb edilən bacarıqlar və təhsil
Orta ixtisas təhsilli.
Elektronika
sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
Satış texnikaları
və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
Azərbaycan və rus
dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür.
1C proqramında
işləmə bacarığı.
Aktiv dinləmə və effektiv ünsiyyət
bacarıqları.
Satış texnikaları və müştəri etirazlarını idarəetmə
bacarığı.
Problemləri həll etmə və qərarvermə
bacarığı.
Komanda ilə işləmə və təşəbbüskarlıq.
İş saatları və əmək şərtləri
Əmək haqqı:600 AZN (+
bonus)
İş qrafiki:Növbəli iş
qrafiki.
İş yeri: Ağ Şəhər
filialı
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış
məsləhətçisi”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
