Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və
sistemləşdirilməsi;
Mühasibat məlumatlarının 1C proqramına daxil
edilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər
maliyyə sənədlərinin işlənməsi;
Alış və satış əməliyyatlarının uçotunun
aparılmasına dəstək göstərilməsi;
Debitor və kreditor borclarının
izlənilməsi və üzləşdirilməsində iştirak;
Bank əməliyyatları və ödəniş
sənədlərinin hazırlanmasına kömək edilməsi;
Mühasibat sənədlərinin
arxivləşdirilməsi və müvafiq hesabatların hazırlanmasına dəstək;
Rus
dilində olan sənədlərlə işləmək və yazışmaların aparılması;
Baş mühasibin
və rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
Namizədə tələblər
Mühasibat uçotu və maliyyə sahəsində baza biliklərinin olması;
1C mühasibat proqramı ilə işləmək bacarığı;
Rus
dilini yaxşı səviyyədə bilmək;
MS Excel və MS Word proqramlarından
istifadə bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və
dəqiqlik;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək
bacarığı;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli
olmaq.
İş şəraiti
İş qrafiki: həftədə 5 gün, 09:dan-18:00
İş yeri: Çinar Plaza
Əməkhaqqı: razılaşma yolu
ilə
Əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə
uyğun rəsmiləşdirilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
