Vakansiya haqqında
Təsvir
"ATS Soy processing MMC"-nin Xırdalan şəhərində yerləşən müəssisəsi üçün şirkət
məhsullarının satış strategiyasının uğurla icrasını təmin edəcək, müştəri bazasını fəal şəkildə genişləndirəcək və
mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək təcrübəli Satış üzrə mütəxəssis axtarışındayıq. Bu
vəzifə kommersiya danışıqlarının aparılması, sifarişlərin və müqavilələrin idarə olunması, debitor borclarına
nəzarət edilməsi, bazar tendensiyalarının təhlili, eləcə də zərurət yaranqda regionlara ezamiyyətlərin həyata
keçirilməsini əhatə edir.
Əsas Öhdəliklər
Şirkətin məhsulları üzrə satış fəaliyyətini həyata keçirmək və təyin olunmuş satış
planlarının uğurla icrasını təmin etmək;
Yeni müştərilər axtarmaq,
potensial müştəriləri cəlb etmək və şirkətin müştəri bazasını mütəmadi olaraq genişləndirmək;
Mövcud müştərilərlə əlaqələri qorumaq, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf
etdirmək;
Müştərilərlə birbaşa görüşlər keçirmək, məhsulların təqdimatını
aparmaq və sərfəli kommersiya danışıqları təşkil etmək;
Müştərilərin
tələbatına uyğun qiymət təklifləri hazırlamaq və daxil olan sifarişləri operativ qaydada qəbul
etmək;
Satış müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və icra
prosesini tam əlaqələndirmək;
Məhsulların müştərilərə vaxtında və
keyfiyyətlə çatdırılması üçün aidiyyəti struktur bölmələrlə sıx əməkdaşlıq etmək;
Bazar qiymətlərini, rəqiblərin fəaliyyətini və müştəri tələbatını mütəmadi izləmək və təhlil
etmək;
Müştərilərin ödənişlərini izləmək və debitor borclarının vaxtında
yığılmasını təmin etmək istiqamətində zəruri tədbirlər görmək;
Satış
nəticələri, görülən işlər və müştəri münasibətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim
etmək;
Rəhbərlik tərəfindən verilən digər ticarət əməliyyatları,
satınalma və müvafiq iş tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair Tələblər
Təhsil: Kommersiya, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə
və ya əlaqəli sahələr üzrə ali təhsil;
Təcrübə: Satış
sahəsində minimum 2 il iş təcrübəsi;
Peşəkar və Texniki
Biliklər:
Yüksək səviyyədə ünsiyyət və effektiv danışıqlar
aparmaq bacarığı;
Analitik düşüncə, detallara diqqət və dəqiq işləmək
qabiliyyəti;
Müştərilərlə işləmək və satış proseslərini tam idarə etmək
bacarığı;
MS Office proqramlarında, həmçinin 1C və ya SAP proqramlarında
sərbəst işləmək bacarığı;
Dil Bilikləri: Azərbaycan dili
– sərbəst; Rus və İngilis dili bilikləri üstünlükdür;
Şəxsi
Keyfiyyətlər və Digər Şərtlər: Nəticəyönümlülük, məsuliyyətlilik. Xırdalan ofisində fəaliyyət göstərməklə
yanaşı, regionlara iş səfərlərinə (ezamiyyətlərə) hazır olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
