Vakansiya haqqında
Vəzifə funksiyaları
Təsərrüfat şöbəsinə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti
üzrə təqdim etmək və onların icrasını izləmək.
Şöbənin gündəlik iş
fəaliyyəti ilə bağlı sənədlərin hazırlanmasına, çapına, surətinin çıxarılmasına və sistemləşdirilməsinə kömək
etmək.
Ofis ləvazimatları, təsərrüfat malları və digər materiallarla
bağlı sifarişlərin, tələbnamələrin və uçot sənədlərinin hazırlanmasında iştirak etmək.
Təsərrüfat şöbəsinə aid sənədlərin düzgün və sistemli şəkildə qovluqlarda saxlanılmasını təmin
etmək.
Şöbədə aparılan təsərrüfat əməliyyatları ilə bağlı məlumatları
elektron və kağız daşıyıcılarda qeyd etmək.
Ofis ləvazimatlarının və
digər təsərrüfat vasitələrinin hərəkəti üzrə uçot məlumatlarının hazırlanmasında iştirak etmək.
Şöbə rəhbərinin tapşırığı əsasında müxtəlif arayış, siyahı, cədvəl və hesabatların
hazırlanmasını həyata keçirmək.
Elektron poçt, telefon və digər rabitə
vasitələri ilə daxil olan xidməti müraciətləri qəbul etmək və aidiyyəti əməkdaşlara
yönləndirmək.
Təsərrüfat şöbəsi ilə digər struktur bölmələr arasında
sənəd və məlumat mübadiləsinin təşkilinə kömək etmək.
Şöbənin arxiv
sənədlərinin formalaşdırılmasında və saxlanılmasında iştirak etmək.
Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı rəhbərliyin digər qanuni tapşırıqlarını
icra etmək.
Tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Problem həll etmə bacarığı olmalı;
Operativ və
düzgün qərar verməyi bacarmalı;
Microsoft Office proqramlarında, UYUM
və platformasında sərbəst işləməli;
Analitik düşüncə tərzinə malik
olmalı, ünsiyyət qabiliyyəti yüksək olmalı və təqdimat bacaraqlarına sahib olmalı.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
