Vakansiya haqqında
İş Yeri: Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (tarixən və yerli əhali
arasında Nasoslu və ya Nasosnaya kimi tanınır) və ətraf ərazilər
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata
keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə
psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial
çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
Sumqayıt və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya
uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının
aparılması.
Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq
təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi
sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
Həm
fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində
işləmək.
Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni,
sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Namizədə dair tələblər:
Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli
sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün
müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.
Fərdi
terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş
təcrübəsi.
Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya,
narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə
sübut olunmuş iş təcrübəsi.
Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları,
travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər.
Mükəmməl fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları.
Azərbaycan dilini mükəmməl bilmək tələb olunur; ingilis dili biliyi böyük üstünlükdür.
Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik,
məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində
işləmək bacarığı.
Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı
mühitlərdə iş təcrübəsi arzuolunandır.
Aşağıdakı sahələrdə güclü təcrübə:
Fərdi təkbətək sessiyalar
Qrup
sessiyaları və ailə müdaxilələri
Təlim-seminarlar
Üstünlük hesab olunan əlavə bacarıqlar:
Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan
koqnitiv-davranış terapiyası (CBT),ailə terapiyası,oyun
terapiyası,ARC — Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşmasıvə
ya oxşar metodlarla iş təcrübəsi.
Uşaq rifahı, psixi sağlamlıq və ya
sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi.
Təklif olunur:
Müqavilə müddəti: 12 ay
İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı
imkan
Peşəkar superviziya və potensialın artırılması
imkanları
Hesabatlılıq:
Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin
vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət
daşıyacaqdır.
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların
surətləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin
mövzu hissəsində “Psixoloq vakansiyası – Sumqayıt” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
