Vakansiya haqqında
İş şəraiti
Şəhər: Bakı
İş
qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media
kontent planının hazırlanması və icrasının koordinasiyası;
Rəqəmsal
kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin
edilməsi;
Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf
etdirilməsi;
Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti
bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi;
Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi;
Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün
yayımlanmasının təmin edilməsi;
Kreativ və sosial media agentlikləri ilə
işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına
nəzarət edilməsi;
İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası,
influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların
icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi;
Sosial media
kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı
hesabatların hazırlanması;
Sosial media və rəqəmsal trendlərin
izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin
hazırlanması;
Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ
ideyaların hazırlanmasında aktiv iştirak;
Digər rəqəmsal marketinq
fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi.
Tələblər:
Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və
ya digər əlaqəli ixtisaslar üzrə);
Azərbaycan və ingilis dillərində
yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
MS
Office proqramlarında sərbəst iş bacarığı;
Sosial media platformaları və
onların analitika alətləri ilə işləmə bacarığı;
Google Analytics və
Google Tag Manager üzrə biliklər;
Marketinq layihələrinin idarə edilməsi
üzrə təcrübə;
Güclü ünsiyyət və təqdimat
bacarıqları;
Analitik düşüncə və problem həll etmə
qabiliyyəti;
Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş
təcrübəsi (üstünlükdür);
DMI və ya bənzər sertifikatlar
(üstünlükdür);
Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il
iş təcrübəsi.
CV-ləriniziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Sosial Media üzrə
mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
