Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını
təmin edir;
Etibarnamə əsasında Filialı məhkəmələr və üçüncü
şəxslər qarşısında təmsil edir;
Filialın fəaliyyət istiqamətlərinə dair
qəbul olunmuş aktların icrasını təmin edir;
Filialın fəaliyyətinin
təşkili ilə əlaqədar daxili tapşırıqları icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü
üzrə fəaliyyət göstərir;
Sahibkarlıq sahəsində və dövlət orqanlarında,
dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə
yoxlamaların (nəzarət tədbirlərinin) aparılmasını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş qaydada
nəticələri rəsmiləşdirir;
Enerji sahəsində istehsalçılar, təchizatçılar,
ötürücülər və paylayıcılar arasında mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxılmasını həyata
keçirir;
İstehlak olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq
sayğaclar vasitəsilə aparılmasına nəzarəti həyata keçirir;
Dövlət
müəssisələrində elektrik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunmasına nəzarəti həyata
keçirir;
Enerji sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə
əlaqədar enerji istehsalı və sistem operatorlarının tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin
düzgün tərtib olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
Enerji istehsalı və sistem operatorlarında elektrik enerjisinin istehsalı, ötürülməsi və
paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin
mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarəti həyata
keçirir;
Elektrik şəbəkələrində, habelə enerji verilməsində qurğularda,
avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qeydiyyatını
aparmaq, onların baş vermə səbəblərinin araşdırılmasında iştirak etmək, eləcə də belə hadisələrin və halların
qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və onların yerinə yetirilməsinə nəzarəti həyata
keçirir;
Filialın fəaliyyət ərazisində 200 kVt-danyuxarı elektrik
qurğuları üçün istismara buraxılış aktının verilməsi ilə bağlıtikinti obyektlərinin elektrik qurğularına baxış
keçirir və nəticələrini aktla rəsmiləşdirir;
Müvafiq sahədə fəaliyyət
göstərən müəssisələrin və onların tabeliyindəki qurumların elektrotexniki heyətinin və elektrik təsərrüfatlarına
cavabdeh şəxslərin, onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi həvalə edilmiş əməyin
mühafizəsi üzrə mütəxəssislərin peşə biliklərinin yoxlanılmasında iştirak edir və qanunvericiliklə müəyyən edilmiş
qaydada nəticələri rəsmiləşdirir;
Müvafiq sahədə baş vermiş enerji
istehsalı və sistem operatorunun sabit işləməsinə və enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında
iştirak edir;
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı
sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın elektrik enerjisinəaid hissələrinin
tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
Agentliyin
səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə
icrası məcburi göstərişlər verir;
İş bölgüsü üzrə Filialın
fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə
iştirak edir;
İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri
qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər
verir;
Öz fəaliyyəti barədə Filialın rəisinə hesabat
verir;
Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib
hüquqlardan istifadə edir;
Əmək müqaviləsində və Filialın Əsasnaməsində
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər
Energetika, elektroenergetika, istilik energetikası, elektrotexnika və
elektromexanika, yüksək gərginlik texnikası və fizikası, elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali
təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Yaş həddi 25-45 aralığı;
Agentliyin region
filiallarına rotatsiyaya açıq olmalı;
Microsoft Word və Excel
proqramlarında mükəmməl işləmə bacarığı;
Rus dilini bilməsi arzu
olunandır;
Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı
yazı qabiliyyəti.
İş şəraiti
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yeri: Regionlar üzrə
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını
(Enerji müfəttişi) qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
