Vakansiya haqqında
Əsas vəzifə və öhdəlikləri:
Mühasibat və mal-material uçotunun qüvvədə olan qanunvericiliyin tələblərinə və
şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
Mal-material ehtiyatlarının (MME) və hazır məhsulların anbara mədaxil və məxaric
əməliyyatlarını müvafiq sənədlər əsasında 1C proqramında düzgün və vaxtında işləmək;
Alış, mal-material, anbar və digər aidiyyəti maliyyə əməliyyatlarını 1C proqramına daxil etmək
və sənədlərin düzgünlüyünə nəzarət etmək;
Anbarlar üzrə silinmə, daxili
yerdəyişmə və digər hərəkət sənədlərini yoxlamaq və sistemdə əks etdirmək;
Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər ilkin mühasibat sənədlərini yoxlamaq,
onların uçot sistemində düzgün əks etdirilməsini təmin etmək;
Anbarlarda
dövri, aylıq və illik inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə
üzləşdirmək;
İnventarizasiya nəticəsində müəyyən edilmiş əskiklik və
artıqlıqları təhlil etmək, səbəblərini araşdırmaq və nəticələri rəhbərliyə təqdim etmək;
Mal-material ehtiyatlarının və hazır məhsulların maya dəyərinin (FIFO/Average) düzgün
hesablanmasına nəzarət etmək;
Anbarlar üzrə mal-material qalıqlarını
mütəmadi yoxlamaq, uçot məlumatları ilə faktiki göstəricilər arasında uyğunsuzluqları müəyyən
etmək;
Mal-material və anbar əməliyyatları üzrə debitor və kreditor
hesablaşmalarının düzgün aparılmasına nəzarət etmək;
Əsas vəsaitlərin və
digər maddi aktivlərin uçotunda iştirak etmək, zəruri hallarda amortizasiya hesablamalarının düzgünlüyünü
yoxlamaq;
Mühasibat və anbar sənədlərinin düzgün tərtib edilməsini,
sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə
yetirmək.
Əsas tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali
təhsil;
Mühasibat və mal-material/anbar uçotu sahəsində müvafiq iş
təcrübəsi;
Mühasibat hesablaşmaları, mal-material və anbar uçotu üzrə
yüksək səviyyədə bilik;
Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik
üzrə biliklər;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək
bacarığı;
MS Excel proqramında sərbəst işləmək
bacarığı;
FIFO və orta maya dəyəri (Average) metodları üzrə praktiki
bilik;
İnventarizasiya, anbar qalıqlarının üzləşdirilməsi və müəyyən
edilmiş fərqlərin araşdırılması üzrə bilik və təcrübə;
İstehsalat
proseslərinin təşkili, istehsal mərhələləri, xammal və materialların istehsala silinməsi, hazır məhsulun
formalaşması və istehsal uçotu prinsipləri üzrə anlayış və biliklərə malik olmaq;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri
arzuolunandır;
Fikrini aydın ifadə etmək, analitik düşünmək və komanda
ilə işləmək bacarığı;
Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı
olmaq.
Əlavə məlumat
Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş.
Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar.
Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti.
Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi.
İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00.
Bəzən əlavə iş saatlarına görə kompensasiya.
Tələblərə cavab verən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına “Mal-Material və Anbar Uçotu üzrə Mühasib” mövzu başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
