Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid
avtomobilləri
Vəzifə öhdəlikləri:
Elektrik və Plug-in Hibrid avtomobillərinin elektrik sistemlərinin diaqnostikası,
texniki xidməti və təmirinin həyata keçirilməsi;
Yüksək gərginlikli (High
Voltage) sistemlərin və komponentlərin texniki vəziyyətinin yoxlanılması;
Yüksək gərginlikli batareya sistemi, inverter, elektrik mühərriki və digər əlaqəli
komponentlərin diaqnostikası;
12V elektrik sistemi, akkumulyator və digər
elektrik avadanlıqlarının yoxlanılması və təmiri;
Elektrik naqilləri,
konnektorlar, qoruyucular, relelər və digər elektrik komponentlərində yaranan nasazlıqların müəyyən
edilməsi;
Diaqnostika cihazlarından istifadə etməklə sistem xətalarının
müəyyənləşdirilməsi və aradan qaldırılması;
Elektrik sxemlərinin oxunması
və texniki təlimatlara uyğun təmir işlərinin aparılması;
Təmir və texniki
xidmət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə yüksək gərginlikli sistemlərlə işləmə tələblərinə riayət
edilməsi;
Görülmüş işlərin istehsalçı standartlarına uyğun və yüksək
keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Avtomobil elektrik sistemləri üzrə peşəkar bilik;
Elektrik və Plug-in Hibrid avtomobillərinin konstruksiyası və iş prinsipi barədə
bilik;
Yüksək gərginlikli avtomobil sistemləri ilə işləmə
təcrübəsi;
Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək
bacarığı;
Kompüter diaqnostikası və servis avadanlıqlarından istifadə
bacarığı;
Multimetr və digər ölçü cihazları ilə işləmək
bacarığı;
Nasazlıqların səbəbini müəyyənləşdirmək və texniki həll yolu
tapmaq bacarığı;
Texniki təhlükəsizlik qaydalarına ciddi riayət
etmək;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
İstehsalçıya məxsus diaqnostika proqramları ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri “BYD Motors Baku” MMC (Badamdar
qəsəbəsi)
İş rejimi: 6 günlük iş
qrafiki
İstirahət günü:Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən
ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Elektrik sistemləri üzrə usta” qeyd
etməkləMüraciət etdüyməsində
göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
