Vakansiya haqqında
Şöbə/Bölmə: Korporativ Satış və Tender
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və Marketinq
Direktoru
Tələblər:
Təhsil: Ali təhsil
İş təcrübəsi: Minimum 1 il korporativ satış sahəsində.
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri
arzuolunandır;
Kompyuter bilikləri: MS Office,
1C/ERP, e-mail və onlayn platformalar;
Əlavə: Satış
texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi;
Təklif:
Ofis - Dərnəgül. Ziya Bünyadov pr 2071
İş
qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
Nahar şirkət tərəfindən
təmin edilir.
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına
uyğun təyin olunacaqdır (bonus - şəxsi və komanda hədəfi ilə)
B2B
görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.
Vəzifə təlimatı:
Müştəri və satış fəaliyyəti
Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və
xidmətləri barədə ətraflı məlumat təqdim etmək
Korporativ satış planını
yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək
Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim
etmək
Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası
əlaqəni qorumaq
Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin
etmək
Müqavilə və maliyyə sənədlərinin idarə olunması
Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına
nəzarət etmək
Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına
nəzarət etmək
Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə
göndərilməsinə nəzarət etmək
Müştəri borclarına və anbar qalığına daimi
nəzarət etmək
Analitik və strateji fəaliyyət
Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərinə hesabatlar
təqdim etmək
Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və
onların məmnuniyyətini təmin etmək
Vəzifə üzrə tələb olunan bilikləri
daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək
Daxili qaydalar və etik prinsiplər
Müştəri tərəfindən tələb olunan eyni məhsulların stokda olmadığı halda, ehtiyaca
uyğun alternativ təkliflər hazırlamaq
Şirkətin müəyyən etdiyi dress-code
qaydalarına riayət etmək
Şirkətə məxsus kommersiya və müştəri
məlumatlarının məxfiliyini qorumaq
Açar bacarıq və davranışlar:
Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil
etmək
Korporativ satış və danışıqlar – yüksək
səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı
Müştəri
münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə
etmək
Stressə davamlılıq və operativlik – fövqəladə
şəraitdə çevik və düzgün qərar vermək
CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
