Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri
məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları
qeydiyyata almaq və sistemə daxil etmək;
Qonaq və müştərilərin
sorğularını cavablandırmaq;
Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən
məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə
ətraflı məlumat vermək;
Struktur bölmələr üzrə aylıq ofis
ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra
etmək.
Namizədə tələblər:
Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis
dili arzuolunandır);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan
xanımlar;
Səliqəli görünüş və xoş ünsiyyət
bacarığı;
Komandada işləmək bacarığı;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib
olmaq;
İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook)
biliklərinin olması önəmlidir.
İş şərtləri:
Həftədə 6 iş günü
İş yeri: Babər
pr.
Əmək haqqı: 800-1000 Azn
AR ƏM əsasən rəsmiləşdirmə
Karyera inkişafı
imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
