Vakansiya haqqında
Şöbə: Kommersiya
İş vaxtı: Tam iş vaxtı
Vəzifələr:
Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və
tikinti/təmir materiallarının seçilməsində peşəkar məsləhət vermək.
Müştəriyə materialların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyatı (məsələn, 1 kv.m-ə
nə qədər boya və ya kafel yapışdırıcısı gedir) və istehsalçı ölkəsi barədə dəqiq məlumat
vermək.
Müəyyən olunmuş fərdi aylıq satış planını yerinə yetirmək.
Mağazaya daxil olan ziyarətçilərin alıcıya çevrilməsi (Conversion Rate) göstəricisini artırmaq, müştərilər üçün
tikinti smetalarını hesablamaq.
Əsas alınan məhsulun yanında tamamlayıcı
materialları (məsələn: sement ilə birlikdə qum, plastikləşdirici, alət, bərkitmə vasitələri) təklif edərək orta çeki
və çəkdəki SKU sayını böyütmək.
Malları vitrinlərə və rəflərə səliqəli,
estetika, daxili standartlara və planoqramaya uyğun şəkildə düzmək.
Rəflərdəki bütün malların üzərində qiymət kağızlarının (qiymət etiketlərinin / price tags)
düzgün, görünən və 100% aktual olmasına nəzarət etmək.
Mağazaya yeni
gələn tikinti materiallarının qəbulunda, sayılmasında və rəflərə yerləşdirilməsində iştirak etmək (fəhləyə və
administratora köməklik göstərmək).
Malın son istifadə tarixinə (məsələn:
sement, quru qarışıqlar, mastika və boyalar üçün FEFO prinsipi üzrə) nəzarət etmək.
Azalan və ya bitən məhsullar barədə mağaza rəhbərliyinə (və ya təchizat bölməsinə) vaxtında
məlumat vermək.
Satış zalının, rəflərin və malların üzərinin daima təmiz
(tozsuz) və nizamlı qalmasını təmin etmək.
Tələb olunan keyfiyyətlər:
Orta-ixtisas və ya ali təhsi
Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə
Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel
proqramları.
1C satış proqramı ilə işləmək bacarığı
Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik
olmaq,
Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq “Satıcı
Məsləhətçi” yazmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
