Vakansiya haqqında
Təsvir
Şirkətin biznes strategiyasına uyğun L&D strategiyasının və illik təlim planının
hazırlanmasına və icrasına rəhbərlik etmək;
Təlim ehtiyaclarının sistemli
şəkildə müəyyənləşdirilməsi və prioritetləşdirilməsi məqsədilə TNA (Training Needs Analysis) prosesini təşkil etmək
və idarə etmək;
L&D komandasının fəaliyyətini idarə etmək, iş
bölgüsünü və prioritetləri müəyyənləşdirmək, komanda üzvlərinin peşəkar inkişafını və effektiv fəaliyyətini
dəstəkləmək;
Təlim proqramlarının effektivliyini və biznesə təsirini
qiymətləndirmək, müvafiq KPI-ları müəyyənləşdirmək və izləmək, nəticələr əsasında analitik hesabatlar
hazırlamaq;
Xarici təlim provayderlərinin seçimi, qiymətləndirilməsi və
onlarla əməkdaşlıq proseslərini idarə etmək, təlimlərin keyfiyyət və biznes tələblərinə uyğunluğunu təmin
etmək;
Davamlı öyrənmə və inkişaf mədəniyyətinin formalaşdırılması
məqsədilə yeni L&D təşəbbüslərinin, müasir yanaşmaların və qabaqcıl təcrübələrin tətbiqini təmin
etmək.
Tələblər
Ali təhsil (İR, Biznesin İdarə Edilməsi, Psixologiya və ya əlaqəli sahələr
üzrə).
Azərbaycan dilində mükəmməl, ingilis dilində isə yaxşı danışıq və
yazılı ünsiyyət bacarığı;
L&D və ya İR sahəsində minimum 4-5 il iş
təcrübəsi;
Təlim və inkişaf proqramlarının hazırlanması və idarə olunması
üzrə praktiki təcrübə;
TNA (Training Needs Analysis), kompetensiyaların
inkişafı və təlimlərin effektivliyinin qiymətləndirilməsi metodologiyaları üzrə bilik;
Komanda idarəetməsi və güclü liderlik bacarıqları;
Yüksək səviyyədə kommunikasiya, təqdimat və fasilitasiya bacarıqları;
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb
endirimləri;
Push 30-dan 75% endirim ilə yararlanmaq
imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
