Vakansiya haqqında
İşin təsviri
Texniki və layihə sənədlərinin, hesabatların, aktların və iş jurnallarının
hazırlanmasına dəstək olmaq;
Layihə sənədlərini toplamaq, sistemləşdirmək
və məlumat bazalarını yeniləmək;
Tikinti sahəsində işlərin gedişatını,
görülmüş iş həcmlərini və material istifadəsini izləmək və ilkin uçotunu aparmaq;
Sahədən daxil olan məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatlar
hazırlamaq;
Texniki çertyoj və ilkin layihə eskizlərinin hazırlanmasında
iştirak etmək;
Podratçılardan daxil olan sənədlərin və məlumatların
toplanmasına və yoxlanılmasına dəstək olmaq;
Material və resurs
ehtiyaclarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanmasında iştirak etmək;
Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
PÜO, Smeta, Təchizat və digər aidiyyəti şöbələrlə koordinasiyada iştirak
etmək;
Tikinti norma və qaydalarına, həmçinin əməyin mühafizəsi və
texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Tələblər
Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr
dərəcəsi);
AutoCAD proqramında sərbəst işləmək
bacarığı;
MS Word və Excel proqramlarında işləmə
bacarığı;
Tikinti layihələrinin oxunması və hazırlanması üzrə
biliklər;
Tikinti materialları və texnoloji ardıcıllıq barədə
anlayış;
Yüksək məsuliyyət və diqqətlilik;
Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı
razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin
şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım
sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən
verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
