Vakansiya haqqında
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün İcra işləri üzrə
Aparıcı Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə öhdəlikləri hansılardır?
İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün
tədbirlər görür;
İcraata daxil olmuş icra sənədlərinin icrası ilə
əlaqədar yerli icra qurumların icra məmurları ilə əlaqə yaradır;
Zərurət olduqda borcun ödənilməsi istiqamətində müstəqil qaydada, o cümlədən icra məmurları
ilə birgə borcluların ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə səfərlər edir və ya bu tədbirlərdə
icra məmurunu müşayiət edir;
Mütəmadi olaraq Rayon icra şöbələrinə
səfərlər edir.
Borclu hüquqi şəxsin və ya fiziki şəxsin yaşayış
yerinin, borclunun əmlakının olduğu yeri müəyyən edilməsində, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər
olmadıqda və onun digər əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlərdə icra məmuru ilə qarşılıqlı
əməkdaşlıq edir, yazışmalar aparır və icra məmurunu lazımi məlumatlarla təmin edir;
Müvafiq icra hərəkətlərinin aparılması ilə bağlı icra qurumuna yazılı və şifahi müraciətlər
edir, vəsatətlər qaldırır, zəruri olan hallarda məhkəmə prosesslərində təşkilatı təmsil
edir;
Gecikdirlilmiş kreditlərin və ödəniş etməyən müştərilərlə
bağlı məlumatlar xüsusi maliyyə proqramı vasitəsilə İcra İşləri Şöbəsinin icraatına köçürüldüyü gündən borcun
ödənilməsi istiqamətində tədbirlər görür;
İcra işinin həyata
keçirilməsi ilə bağlı bütün yazışmaların surətləri müvafiq işə əlavə edilərək saxlanılır, eyni zamanda görülmüş
işlər barəsində “Kollektorların hesabatı” cədvəlində müvafiq qeydlər edir;
Rəhbərini məlumatlandırmaq şərtilə, icra işinin icra orqanı tərəfindən geri qaytarılması halı,
icra üsulunun dəyişdirilməsi, icraatın dayandırlıması,icra vərəqinin məhkəməyə qaytarılması, icra məmurunun
hərəkət və ya hərəkətsizliklərindən şikayətin verilməsi, daşınmaz əmlakın qiymətləndirilməsindən və ya
hərracın nəticələrindən şikayət edir;
Kifayət qədər əmlakın
olmaması və ya hər hansısa digər səbəbdən icra mümkün olmazsa, vəziyyəti şöbə rəhbəri, lazım gəldikdə isə
Departament Rəhbəri ilə müzakirə edir;
Həftəlik, aylıq və
digər hesabatları vaxtlı-vaxtında təqdim etmək, icraatında olan işlərlə bağlı təlimatda göstərilən müddətlərdə bütün
zəruri addımları görür;
Həftəlik görülmüş işlərin nəticələrinə
dair həftəlik hesabat hazırlayır;
Tələb olunan formada
borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair rəhbərinə
hesabatlar verir;
Rəhbərinin göstərişi üzrə Hüquq Departamentinə
daxil olan bütün digər işlərin icra edilməsi.
Tələblər
Təhsil: Hüquqşünas ixtisası üzrə ali təhsil; (Bakalavr və ya
Magistr)
Təcrübə: Hüquq sahəsi üzrə ən azı 3-4 il iş
təcrübəsi (bundan ən az 1 ili məhkəmə və icra işləri ilə əlaqədar olmalıdır)
Dil bilikləri:Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik
olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
Kompüter
bilikləri: MS Office proqramlarını yaxşı səviyyədə bilmək.
Mülki, mülki-prosessual, İcra haqqında qanun və bank qanunvericiliyini lazımı səviyyədə
bilməli;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Peşəkar
beynəlxalq iş mühiti
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
