Vakansiya haqqında
İş yeri: Bakı şəhəri və şirkətin layihələri
İş rejimi: Tam ştat
Əməkhaqqı: Namizədin peşəkar təcrübəsinə və kvalifikasiyasına uyğun
olaraq müəyyən ediləcək.
Vəzifənin məqsədi
Şirkətin həyata keçirdiyi premium otel, villa kompleksləri, yaşayış, ofis və
kommersiya obyektləri üzrə fit-out və daxili tamamlama işlərinin başlanğıcdan yekun təhvil-təslim mərhələsinədək
idarə edilməsini təmin etmək.
Layihələrin təsdiq edilmiş büdcə, icra
qrafiki, texniki spesifikasiyalar, yüksək keyfiyyət standartları və əməyin təhlükəsizliyi tələblərinə uyğun həyata
keçirilməsinə rəhbərlik etmək.
Əsas vəzifə öhdəlikləri
Layihələrin planlaşdırılması və idarə edilməsi
İrihəcmli premium otel, villa və digər təyinatlı obyektlərdə fit-out işlərinin bütün
mərhələlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
Layihənin təsdiq edilmiş memarlıq, interyer dizaynı, konstruktiv və mühəndislik sənədlərini
təhlil etmək, iş həcmlərini və icra strategiyasını müəyyənləşdirmək;
Layihə üzrə əsas və mərhələli iş qrafiklərini, resurs və material təminatı planlarını
hazırlamaq və icrasına nəzarət etmək;
Paralel icra olunan müxtəlif bina,
villa və funksional zonalar üzrə işlərin ardıcıllığını, prioritetlərini və koordinasiyasını təmin
etmək;
Layihənin kritik mərhələlərini, gecikmə risklərini və qarşılıqlı
asılılıqları müəyyənləşdirmək, zərurət olduqda bərpa planları hazırlamaq.
Fit-out və daxili tamamlama işlərinin texniki idarə edilməsi
Alçıpan arakəsmələr, asma tavanlar, suvaq, boya, dekorativ üzlüklər, mərmər, qranit,
təbii daş, keramika, parket və digər döşəmə örtükləri, şüşə və metal konstruksiyalar, qapılar, taxta və MDF
elementləri, xüsusi sifarişli mebel və digər daxili tamamlama işlərinin icrasına nəzarət etmək;
Premium interyer layihələrində materialların, montaj texnologiyalarının və icra keyfiyyətinin
təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunu təmin etmək;
İşçi
çertyojları (Shop Drawings), texniki spesifikasiyaları, material nümunələrini və təsdiq sənədlərini
yoxlamaq;
İcra zamanı yaranan texniki uyğunsuzluqları layihəçi, dizayner,
sifarişçi və aidiyyəti mühəndislərlə koordinasiya edərək həll etmək;
Təsdiq edilmiş nümunə sahələrin (Mock-up) və etalon otaqların keyfiyyət standartlarına uyğun
hazırlanmasını və sonrakı işlərdə həmin standartların tətbiqini təmin etmək.
MEP və digər mühəndislik sistemləri ilə koordinasiya
Fit-out işlərinin HVAC, elektrik, santexnika, yanğın təhlükəsizliyi, zəif axın və
digər mühəndislik sistemləri ilə koordinasiyasını təmin etmək;
Memarlıq,
interyer və MEP layihələri arasındakı uyğunsuzluqları müəyyənləşdirmək, onların icradan əvvəl aradan qaldırılmasını
təşkil etmək;
Tavan, divar və döşəmə konstruksiyalarının bağlanmasından
əvvəl gizli mühəndislik işlərinin, tələb olunan sınaqların və inspeksiyaların tamamlanmasını təmin
etmək;
Mühəndislik sistemlərinin daxili tamamlama elementləri ilə texniki
və estetik uyğunluğuna nəzarət etmək.
Komanda və subpodratçıların idarə edilməsi
Layihə mühəndisləri, sahə rəisləri, iş icraçıları, ustalar, ixtisaslaşmış briqadalar
və subpodratçıların fəaliyyətini idarə etmək;
Müxtəlif obyektlər və iş
zonaları üzrə resurs bölgüsünü və gündəlik işlərin koordinasiyasını təşkil etmək;
Subpodratçıların iş qrafiklərinə, müqavilə öhdəliklərinə, məhsuldarlığına və keyfiyyət
göstəricilərinə nəzarət etmək;
Gündəlik və həftəlik koordinasiya
iclaslarını təşkil etmək, icra prosesində yaranan problemlərin operativ həllini təmin etmək.
Büdcə, iş həcmləri və xərclərə nəzarət
Layihənin təsdiq edilmiş büdcəsinin icrasına nəzarət etmək, faktiki xərcləri
planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
İş həcmləri cədvəllərini
(BOQ), smeta sənədlərini, subpodratçıların təqdim etdiyi görülmüş iş həcmlərini və ödəniş sənədlərini
yoxlamaq;
Forma-2 və digər icra-ödəniş sənədlərinin hazırlanması və
təsdiqi prosesini aidiyyəti şöbələrlə koordinasiya etmək;
Əlavə işləri,
layihə dəyişikliklərini (Variations / Change Orders) və onların büdcə və icra müddətinə təsirini
qiymətləndirmək;
Material, işçi qüvvəsi və digər resurslardan səmərəli
istifadəni təmin etməklə layihə xərclərinin optimallaşdırılmasına nail olmaq.
Material təchizatı və satınalma prosesləri
Premium fit-out layihələrində istifadə edilən yerli və idxal materiallarının texniki
göstəricilərini, spesifikasiyalarını və keyfiyyət tələblərini yoxlamaq;
Material nümunələrinin (Material Samples) və texniki təqdimatların (Material Submittals)
təsdiq prosesini koordinasiya etmək;
Xüsusi sifarişlə hazırlanan interyer
elementləri, mebel, qapı, daş və dekorativ materiallar üzrə istehsal və çatdırılma qrafiklərinə nəzarət
etmək;
Uzun tədarük müddətli materialların (Long-lead Items) layihə
qrafikinə təsirini əvvəlcədən qiymətləndirmək və gecikmələrin qarşısını almaq;
Təchizatçı, istehsalçı və montaj komandaları arasında koordinasiyanı təmin
etmək.
Keyfiyyətə nəzarət və SƏTƏM
Bütün fit-out işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara
və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
QA/QC və SƏTƏM
mütəxəssisləri ilə birlikdə yoxlama, inspeksiya və uyğunsuzluqların aradan qaldırılması proseslərini koordinasiya
etmək;
Premium interyerlərdə səthlərin, birləşmələrin, montaj
detallarının, rəng və tekstura uyğunluğunun tələb olunan keyfiyyət səviyyəsində olmasına nəzarət
etmək;
Qüsurların, təkrar işlərin və material itkilərinin minimuma
endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
İşlərin əməyin
mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
Sifarişçi, layihəçi və digər tərəflərlə koordinasiya
Sifarişçi, memar, interyer dizayneri, baş podratçı, subpodratçı və texniki nəzarət
nümayəndələri ilə işgüzar əlaqələri idarə etmək;
Texniki koordinasiya
iclaslarında iştirak etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
Texniki sorğuların (RFI), layihə dəyişikliklərinin, material və çertyoj təsdiqlərinin vaxtında
tamamlanmasını təmin etmək;
Layihə üzrə kritik texniki və təşkilati
məsələləri rəhbərliyə vaxtında təqdim etmək və həll yolları təklif etmək.
Hesabatlılıq və layihənin təhvil-təslimi
Layihənin icra vəziyyəti, qrafikdən kənarlaşmalar, büdcə, material təminatı, risklər
və subpodratçıların fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq;
Görülmüş işlərin qəbulunu, qüsurlar siyahısının (Snag List) hazırlanmasını və qüsurların
aradan qaldırılmasını təşkil etmək;
Faktiki icra çertyojlarının
(As-built), istismar və texniki xidmət sənədlərinin (O&M Manuals), zəmanət və digər təhvil sənədlərinin
hazırlanmasını təmin etmək;
Obyektlərin mərhələli və yekun təhvil-təslim
proseslərinə rəhbərlik etmək.
Tələblər
İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq texniki ixtisas üzrə ali
təhsil;
Tikinti sahəsində minimum 8–10 il, o cümlədən fit-out
layihələrinin idarə edilməsində minimum 5 il praktiki təcrübə;
Premium
otel, villa, yüksək səviyyəli yaşayış, ofis və ya kommersiya obyektlərində fit-out işlərinin idarə edilməsi üzrə
uğurlu layihə təcrübəsi;
Ən azı bir irihəcmli fit-out layihəsinin
başlanğıcdan yekun təhvilədək idarə edilməsində rəhbər təcrübəsi;
Daxili
tamamlama materialları, premium interyer həlləri və montaj texnologiyaları üzrə dərin praktiki
bilik;
Memarlıq, interyer dizaynı, konstruktiv və MEP çertyojlarını
sərbəst oxumaq və təhlil etmək bacarığı;
Layihə qrafiklərinin
hazırlanması, büdcə və xərclərin idarə olunması, subpodratçıların koordinasiyası üzrə praktiki
təcrübə;
AutoCAD, MS Office və MS Project proqramları ilə işləmək
bacarığı; Primavera P6 biliyi üstünlükdür;
BOQ, Forma-2, Shop Drawings,
Material Submittals, RFI və digər texniki sənədləşmə prosesləri üzrə bilik və təcrübə;
Güclü liderlik, təşkilatçılıq, danışıqlar aparma və operativ qərarvermə
bacarıqları;
Azərbaycan dilində sərbəst ünsiyyət; ingilis və/və ya rus
dili biliyi üstünlükdür.
Üstünlük veriləcək namizədlər:
Beynəlxalq otel şəbəkələri, premium villa kompleksləri, yüksək səviyyəli yaşayış və
kommersiya layihələrində çalışmış, yüksək keyfiyyət standartları və mürəkkəb interyer həlləri ilə praktiki iş
təcrübəsi olan mütəxəssislər.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
