Vakansiya haqqında
Supertoyskomandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli,
analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis
axtarırıq.
İş yeri:Sədərək
Əməkhaqqı:1 000 AZN
Əsas vəzifə öhdəlikləri
Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın
aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması;
Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və
aylıq məlumatlandırılması;
Debitor borclar üzrə ödənişlərin təmin
edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası;
Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və
icrasının təmin olunması;
Reallaşdırılmış satışlar üzrə elektron
qaimələrin düzgün tərtib edilməsinə nəzarət;
İşlərin müəyyən edilmiş son
icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin
koordinasiyası;
Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə
riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması;
Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin
təhlili;
Problemli, şübhəli və ümidsiz debitor borcların
müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər
İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Vergi və
elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı;
Yüksək analitik düşünmə və təhlil bacarığı;
MS
Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək
bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas
yanaşma;
Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə
edilməsi bacarığı.
CV-lərinizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
