Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki
bilik;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Ünsiyyət qurmaq bacarığı;
Κomandada işləmək
bacarığı;
Məsuliyyətli;
Dil
bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:
Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin
sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
Baş vermiş
hadisə yerinə operativ çıxışın həyata keçirilməsi, iştirakçılar barədə məlumatların toplanması, hadisə yerinin foto
və ya video çəkilişlərinin aparılması və bütün materialların müvafiq proqram təminatına
yüklənilməsi;
Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər
aidiyyəti qurumların əməkdaşlarının gəlməsinin təşkili;
Yol-nəqliyyat
hadisələrinə baxışın keçirilməsi, qəzanın yerində araşdırılması, sığorta dələduzluğu faktı, kənar izlər və şübhəli
hallar müşahidə olunduqda araşdırma prosesinin aparılması;
Hadisə ilə
bağlı proqram təminatında sorğunun yaradılması və qiymətləndirmə üçün məsul funksiyaya
yönəldilməsi.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq
razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını
(Qəza komissarı) qeyd edərək,Müraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
