Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid
avtomobilləri
Vəzifə öhdəlikləri:
Avtomobillərin elektron idarəetmə sistemlərinin diaqnostikası və
təmiri;
Elektron idarəetmə bloklarının (ECU), sensorların və
aktuatorların yoxlanılması;
Avtomobil kommunikasiya sistemlərində yaranan
nasazlıqların müəyyən edilməsi;
Kompüter diaqnostikası vasitəsilə xəta
kodlarının oxunması, təhlili və aradan qaldırılması;
Multimedia,
klimat-kontrol, təhlükəsizlik, parklanma və digər elektron sistemlərin diaqnostikası;
Elektron komponentlərdə yaranan nasazlıqların səbəblərinin
müəyyənləşdirilməsi;
Elektron idarəetmə sistemlərinin texniki
vəziyyətinin qiymətləndirilməsi;
Təmir və diaqnostika işlərinin
istehsalçı standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Avtomobil elektronikası üzrə peşəkar bilik;
Müasir
diaqnostika cihazları və proqram təminatları ilə işləmək bacarığı;
Elektron idarəetmə blokları və avtomobil sensorları üzrə bilik;
Elektrik sxemlərini oxumaq bacarığı;
Multimetr və
digər ölçü cihazlarından istifadə bacarığı;
Texniki təlimat və servis
proqramlarından istifadə bacarığı;
Analitik düşünmə və nasazlığın əsas
səbəbini müəyyən etmək bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı
olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları ilə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
Avtomobil proqram təminatı və kodlaşdırma üzrə bilik.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar
qəsəbəsi)
İş rejimi: 6 günlük iş
qrafiki
İstirahət günü:Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən
ediləcəkdir
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil elektronikası üzrə usta”
qeyd etməkləMüraciət etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
